"HƏDƏF" Gənclər Koalisiyasının 10 may represiyaları ilə əlaqədar bəyanatı
"Azərbaycan Demokratik Gənclər Hərəkatı"-nın "Mirzə Xəzərin Səsi" onlayn qəzetinə göndərdiyi bəyanatda deyilir ki, “HƏDƏF” Gənclər Koalisiyası 8 may tarixindən etibarən ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının sədrlərinin qanunsuz olaraq və Azərbaycan polisinə yaraşmaz formada həbs etmələrini insan oğurluğu kimi dəyərləndirir. Həmçinin gənclərin təqib edilməsini, izlənməsini və yalan ittihamlarla polis tərəfindən şərlənərək həbs və cərimə olunmasını pisləyir və bu halların insan haqlarının kobudcasına pozulduğunu bəyan edir! 10 may gənclərin “GÜL BAYRAMINA YOX!” şuarı ilə keçirdiyi kütləvi tədbirlərin polis tərəfindən qanunsuz olaraq dağıdılmasını insanların sərbəst toplanması hüququnun pozulması kimi dəyərləndiririk!
Bəyanatda sonra deyilir: Aksiya zamanı biz, “HƏDƏF” Gənclər Koalisiyası olaraq polis əməkdaşlarının xüsusi qəddarlıqla gənclərlə rəftar etdiyinin, xanımları sürüyərək apardıqlarının, döyüldüyünün həmçinin jurnalistlərin belə peşə fəaliyyətinə şərait yaradılmadığının və bir sıra polis özbaşınalığının şahidi olduq. Polisin bütün bu qanunsuz əməlləri, qəddarlığı və gənclərə divan tutması isə Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimovun gözü qarşısında baş verdi. Gənclər və İdman naziri Azad Rəhimov
isə uğursuz alınsa belə gəncləri deyil polis işçilərini müxtəlif yollarla müdafiə etmək cəhdində bulundu.
("Mirzə Xəzərin Səsi" qəzeti)
Əvvəlki məqalə: Çexiyanın keçmiş prezidenti Azərbaycanın İnsan Hüquqları Şurasında üzvlüyünə qarşı çıxır
Sonrakı məqalə: Bəhmən Sultanlı: Haqqını qorumağa müqaviməti olmayan xalq ölümə məhkumdur
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4253
