Çexiyanın keçmiş prezidenti Azərbaycanın İnsan Hüquqları Şurasında üzvlüyünə qarşı çıxır
Vatslav Havel
Çexiyanın keçmiş prezidenti Vatslav Havel mayın 11-də Amerikanın nüfuzlu "The New York Times" qəzetində dərc olunan məktubunda insan hüquqlarını müntəzəm surətdə pozan və istibdad rejimlərinin hakimiyyətdə olduğu Azərbaycan, Kuba, Rusiya və Səudiyyə ərəbistanı kimi ölkələrin BMT-nin İnsan Hüquqları Şurasında üzv olmasını biabırçılıq adlandırır və onların yenidən Şuraya üzv seçilməməsinə çağırır. İnsan Hüquqları Şurası 15 mart 2006-cı il tarixində BMT Ali Məclisinin sessiyasında yaradılıb. Şuranın əsas vəzifəsi dünya ölkələrində insan hüquqlarının pozulması ilə əlaqədar faktları üzə çıxartmaq və müvafiq təkliflər irəli sürməkdən ibarətdir. Şuranın 47 üzvü arasında Azərbaycan da vardır. Şuranın yeni tərkibinə seçilmək üçün namizədliyi irəli sürülən ölkələr arasında Azərbaycan və Rusiya da vardır.
Qeyri-hökumət Təşkilatları Koalisiyası bu il aprel ayında BMT üzvlərinə müraciət edərək yalnız insan hüquqlarına sadiq qalan ölkələrin Şuraya seçilməsinə çağıraraq, Azərbaycanın son üç ildə Şurada üzvlüyü müddəində insan hüquqlarını pozmaqda, insan hüquqları müdafiəçilərini təqib etməkdə və gözümçıxdıya salmaqda, polis məntəqələrində işgəncələrə yol verməkdə və
siyasi məhbusları zindanlarda saxlamaqda davam etdiyini qeyd edir. Seçki mayın 12-də keçiriləcəkdir.
("Mirzə Xəzərin Səsi" qəzeti)
Əvvəlki məqalə: Bəhmən SULTANLI: XOCALI DƏHŞƏTLƏRİ
Sonrakı məqalə: "HƏDƏF" Gənclər Koalisiyasının 10 may represiyaları ilə əlaqədar bəyanatı
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4252
