Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Bakıda matəm aksiyası keçirən gənclər polis zorakılığına məruz qaldı; onlarla tutulan, yaralananlar var…

Mirzə Xəzər 10 May 2009

no comments

baki hebs

 

"GÜL BAYRAMI” GÜNÜ TOQQUŞMA VƏ KÜTLƏVİ HƏBSLƏR


"Yeni Musavat" qəzetinin xəbərinə görə, Bu gün Bakıda tələbə və gənclər Neft Akademiyasındakı qətliamla bağlı və “Gül bayramı”na etiraz olaraq aksiya keciriblər. Əməkdaşımızın hadisə yerlərindən verdiyi məlumata görə, aksiyada Müsavat Partiyasından, AXCP-dən və ADP-dən gənclər təşkilatlarının üzvləri, habelə bitərəf tələbələr iştirak ediblər.

 

Lakin istər Milli Parkda və Sahik bağında olsun, istərsə də Milli Konservatoriyanın önündə, aksiya istirakçıları kobud polis zorakılığına məruz qalıblar. Xanim istirakçılar da daxil çoxlu sayda həbs edilənlər, xəsarət alanlar, yaralananlar var.

 

Xəbər verilir ki, bulvardakı gənclər sinələrində Akademiyadakı şəhidlərin səkilləri, xanım etirazçılar isə üstəlik başlarında qara kələğayı ilə aksiyaya çıxıblar. Bu zaman polis əməkdaşları dinc aksiya iştirakçılarşnın üzərinə hücum çəkib, onlara qarşı zoraklıq tətbiq ediblər. Hətta aksiyanın xanım istirakçılarını saçlarından tutaraq sürüyüblər.

 

Maraqlıdır ki, Milli Parkdakı bütün bu vəhşiliklər gənclər və idman naziri Azad Rəhimovun gözü qarşısında baş verib. Onlarla tutulan var. Onlar əsasən Səbaildəki 39-cu (36 nəfər), 22-ci (16 nəfər) və 9-cu bölmələrdə (16) saxlanılırlar.

 

HƏBS EDİLƏN ETİRAZÇILARIN SİYAHISI

 

Xəbər verdiyimiz kimi, bu gün Bakıda 30 aprel terrorunun qurbanlarının xatirəsinə həsr olunmuş matəm aksiyasında xeyli sayda gənc polis zorakılığına məruz qalıb, həbs ediliblər. Yaralananlar var. Tutulanlardan adları məlum olanların siyahısını təqdim edirik:

 


Lamiyə Quliyeva (Müsavat gənclər təşkilatı)
Aygün Quliyeva (Müsavat, yaralı)
Nigar Yaqublu (Müsavat)
Nərgiz Yaqublu (Müsavat)
Şəhla Mustafayeva (Müsavat, yaralı )
Cavid Hacıbəyli (Müsavat)
Rüfət Hacıbəyli (Müsavat)
Emil Elmanlı (Müsavat)
Ramin Baxış (Müsavat)
Elnur Babayev (Müsavat)
Səbuhi Turan (Müsavat)
Ayaz Bəyturan (Müsavat)
Araz Səməd (AXCP)
Cəmil Hacıyev (ADP gənclər təşkilatının sədri)
Kamran Kərimli (tələbə-bitərəf)
Anar Məsimov (tələbə-bitərəf)

 


Qeyd edək ki, saxlanılanlar arasında ABŞ Milli Demokratiya İnstitutunun (MDI) Azərbaycan təmsilçisi Ariel Devolun da olduğu bildirilir.

 

NURLAN ("Yeni Musavat")

Əvvəlki məqalə: "Azərbaycan Demokratik Gənclər Hərəkatı"nın məlumatı

Sonrakı məqalə: "Gül Bayramı"nda Bakı savaş meydanına döndü; 100- dən artıq tələbə gənc həbs edildi

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4248

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin