"Azərbaycan Demokratik Gənclər Hərəkatı"nın məlumatı
Azərbaycan Respublikası, Baki şəhəri. Binəqədi r-nu Ə.Naxçivani küçəsi bina 35, mənzil 48. AZ 1130
M Ə L U M A T
Bu gün (mayın 10-da) səhər 10:00 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının önünə getmək məksədilə evindən çıxan “HƏDƏF” Gənclər Koalisiyasının sədri Ağasif Şakiroğlu “Gənclik” metrosu yaxınlığında mülki geyimli polislərin hücumuna məruz qalıb. A.Şakiroğlunun özü Binəqədi rayonu 5-ci polis bölməsində olduğunu telefon vasitəsilə çatdıra bilib və əlavə edib ki, onu “polisə müqavimətdə” və “asayışı pozaraq, əxlaqsız sözlər işlətməkdə” itdiham edirlər. Qeyd edək ki, son (6-7-8 may tarixlərində) zamanlar “HƏDƏF” Gənclər Koalisiyasının sədri Ağasif Şakiroğlunun Binəqədi rayonunda yaşayan valideyinlərinin və Nərimanov rayonunda yaşayan qardaşı ailəsi polis tərəfindən sorğu sual edilib və müxtəlif “məsələlərlə” polis evə girməyə cəhdə bulunub. 9 may 2009-ci il tarixində isə bir qrup polis əməkdaşı evə daxil olaraq evin her yerində Ağasif Şakiroğlunu axtarmış, tapa bilmədiklərindən “HƏDƏF” sədrinə məxsus qeyd kitabçası, telefon kitabçası və “HƏDƏF” Gənclər Koalisiyasının üzvülərinin anketlərinin bir hissəsi götürülmüşdür. Analoji hall A.Şakiroğlunun qardaşı evində də olmuşdur. 6-7 may tarixlərində isə Binəqədi r-nu 5-ci polis bölməsinin Elbəyi adlı sahə rəisi “HƏDƏF” sedrinin harda qeydiyyatda olması ilə maraqlanmış və elə həmin 6-7 may tarixlərində qanunsuz olaraq “HƏDƏF” Gənclər Koalisiyasının sədri Ağasif Şakiroğlunun hərəkət etdiyi maşın 5-ci polis bölməsinin Elbəyi adlı sahə rəisinin 190 markalı Mersedes maşını tərəfindən izlənilmişdir.
Bu gün isə 6 saat saxlandıqdan sonra 100 manat gərimə edilərək saat 17-00 radələrində sərbəst buraxılıb.
Əvvəlki məqalə: Bəhmən SULTANLI: ƏZİZ DOSTUM MÜRŞÜD MƏMMƏDLİNİ DÜŞÜNƏRKƏN
Sonrakı məqalə: Bakıda matəm aksiyası keçirən gənclər polis zorakılığına məruz qaldı; onlarla tutulan, yaralananlar var…
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4250