Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

"Zaman": Türkiyədə 100 000 nəfərə yaxın leqal və ya qeyri-leqal erməni mühaciri yaşayır

Mirzə Xəzər 09 May 2009

no comments

armanian

Foto: "Zaman" qəzeti

 

 

 

 

 

 

 

"Zaman" qəzetinin ingiliscə nəşr olunan "Sunday's Zaman" qəzetinin yazdığına görə, Türkiyədə 40 000-dən 100 000 nəfərədək Ermənistan vətəndaşı leqal və ya qeyri-leqal şəkildə yaşayır və sərhədlər açılarsa onların sayı sürətlə artacaqdır. Qəzet, erməni mühacirlər məsələsinin cəmiyyətdə mübahisələrə səbəb olduğunu qeyd edərək yazır ki, bəzi türk siyasətçiləri sayə 1 milyon nəfərə çatan qeyri-leqal əcnəbi işçilər məsələsinin dərhal həll olunmasını tələb edir.

 

Baş nazir Ərdoğan hələ bu il yanvar ayında qeyri-leqal mühacirlər məsələsinə toxunaraq, Erməni mühacirlərin Ermənistana qaytarılması fikrini rədd etmişdir: "Sayı 40 000 nəfərə çatan erməni mühacirələri vətənlərində köməksiz qaldıqları üçün Türkiyəyə pənah gətiriblər. Biz öz qapılarımızı onların üzünə özümüz açmışıq" və onların sürgün edilməsindən söhbət gedə bilməz.

 

"Zaman" qəzeti qeyd edir ki, Ermənistan iqtisadiyyat nazirliyinin məlumatına görə, xarici ölkələrə işləmək üçün gedən ermənilər hər il Ermənistana 2,5 milyard dollar pul göndərirlər. əzetin fikrincə, dünyada iqtisadi böhran üzündən bir çox erməninin evlərinə qayıtmağa məcbur olduğu bir zamanda ermənilərin Türkiyədə işləyib dolanışığını təmin etməsi türkiyənin regionda rolunu gücləndirə bilər.

 

 

 

("Mirzə Xəzərin Səsi")

 

 

Əvvəlki məqalə: Məlahət Ağacanqızı: İNDİ DANIŞMAQ QIZILDIR, SUSMAQ ƏCLAFLIQ !

Sonrakı məqalə: Eziz, hormetli Mirze Xezer

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4246

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin