Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Mayın 10-da Bakı şəhərində keçirilməsi nəzərdə tutulan matəm mintiqinin təşkilatçıları həbs edilib

Mirzə Xəzər 09 May 2009

no comments

Anim_Merasimleri davam edir (7)

Hakimiyyət repressiyalar barədə ABŞ səfirliyinə belə məlumat vermir

Azərbaycan Dövlət Neft Akademiyasında baş verən qanlı terror hadisəsi ilə bağlı mayın 10-da Bakı şəhərində keçirilməsi nəzərdə tutulan matəm mintiqinin təşkilatçıları həbs edilib. Müsavat Partiyasının Gənclər Təşkilatının sədr müavini Əhəd Məmmədli, Müsavat Gənclər Təşkilatının fəalı Murad Kərimov, Müsavat Partiyası mətbuat xidmətinin əməkdaşı Yalçın Abbaslı və AXCP-nin Gənclər Təşkilatının sədri Əbülfət Qurbanlı mayın 8-də gecə saatlarında mülki geyimli şəxslər tərəfindən həbs edilib.


Mayın 10- da saat 9 radələrində isə polislər Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslını yaşadığı mənzilin qarşısında həbs edib. Diqər müsavatçı gənc Emin Elmanlı evlərinin qarşısında mülki geyimli şəxslərin hücumuna məruz qalıb. Yaxınlıqda olan vətəndaşlar E. Elmanlının həbsinə imkan verməyiblər.


Bu gün saat 12 radələrində AXCP Gənclər Təşkilatının sədri Ə. Qurbanlı Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 10 sutka azadlıqdan məhrum edilib. Bu barədə əməkdaşımıza məlumat verən AXCP sədrinin müavini Həsən Kərimov Ə. Qurbanlının polisə müqavimət adı ilə həbs edildiyini bildirdi.


Müsavat Partiyasından verilən məlumata görə, M. Kərimov və Y. Abbaslı barədə Yasamal Rayon Məhkəməsi hökm çıxarıb. Lakin məhkəmə iclası qapalı keçirilib. Polislər Müsavat Partiyasının nümayəndələrini məhkəmə binasına buraxmayıblar. Həbs edilən hər iki müsavatçı məhkəmə zalından çıxdıqdan sonra polis maşınına mindirilərək naməlum istiqamətə aparılıb. Müsavat Partiyası Gənclər Təşkilatının sədri T. Abbaslının Nəsimi, onun müavini Ə. Məmmədlinin isə Xətai rayon Məhkəməsində olduğu bildirilir. Onlara qarşı polisə müqavimət maddəsi ilə ittiham irəli sürüldüyü ehtimal olunur.

Gənclərin qanunsuz həbsi ölkəmizdə olan xarici ölkələrin səfirliklərini də narahat edib. Aldığımız məlumata görə, bayram günü olmasına baxmayaraq, ABŞ-ın ölkəmizdəki səfirinin müavini Don Li məsələ ilə bağlı işə çıxıb. Lakin hakimiyyət ABŞ səfirliyinin sorğularını cavablandırmaqdan imtina edib.


Əfqan MUXTARLI ("Yeni Musavat")

Əvvəlki məqalə: Bəhmən SULTANLI: “...DÜŞÜNDÜKCƏ AÇILIR ƏLVAN SƏHİFƏLƏRİ” “RƏNGLƏR”İN

Sonrakı məqalə: Məlahət Ağacanqızı: İNDİ DANIŞMAQ QIZILDIR, SUSMAQ ƏCLAFLIQ !

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4240

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin