Həmsədrlər: "Qarşıdakı görüşlər ilin sonunadək təməl prinsipləri ilə bağlı konkret irəliləyiş əldə etməyə imkan verəcək”
ATƏT-in Minsk Qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasie (Fransa) və Metyu Brayza (ABŞ) Azərbaycan və Ermənistan prezidentlərinin Praqa görüşündən sonra birgə bəyanat yayıblar.
APA-nın ATƏT-in rəsmi saytına istinadən yaydığı məlumata görə, bəyanatda mayın 7-də, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin xarici işlər nazirləri ilə birlikdə ABŞ-ın Praqadakı səfirliyində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etdiyi bildirilir: “Bu, bir ildən də az müddət ərzində prezidentlərin dördüncü görüşüdür. Həmsədrlər hesab edir ki görüşlərin hər biri tərəfləri irəliləyişə yaxınlaşdırır. Həmsədrlər hesab edir ki, qarşıdakı görüşlər ilin sonunadək təməl prinsipləri ilə bağlı konkret
irəliləyiş əldə etməyə imkan verəcək”.
Əvvəlki məqalə: Şuşanın işğalından 17 il keçir
Sonrakı məqalə: Faxtə Zamani: "Birlikdə kiçik bir qığılcımı, irqçilik divarlarının kərpiclərini yaxacaq olan şiddətli yanğınlara çevirə bilərik"
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4239
