İlham Əliyev ikitərəfli münasibətləri yaxşılaşdırmaq üçün xüsusi elçisini Ankaraya göndərir
"Hürriyet Daily News & Economic Review" adlı türk qəzetinin məlumatlı mənbələrdən aldığı məlumata görə, Azərbaycan prezidenti, türkiyə-Ermənistan danışıqları nəticəsində Türkiyə ilə Azərbaycan arasında münasibətlərdə yaranan gərginliyi aradan qaldırmaq məqsədi ilə xüsusi nümayəndəsini Ankaraya göndərmək niyyətindədir. Eyni mənbənin sözlərinə əsasən, İlham Əliyev Türkiyə-Ermənistan yaxınlaşmasından narazı qalmasına baxmayaraq, sərhədlərin açılması məsələsinə daha çox təsir göstərmək imkanını əldə etmək üçün Bakı ilə Ankara arasında əlaqələri canlandırmaq istəyir.
Qəzet bu günlərdə Brüsseldə NATO-nun iclasında Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi müzakirə olunarkən Türkiyə səfiri ilə İlham Əliyev arasında mübahisə olduğu barədə də məlumat əldə etmişdir. Məlumata görə, Türkiyənin səfiri Tacan İldəm demişdir ki, Türkiyə Ermənistanla apardığı danışıqlar barədə Azərbaycana məlumat vermişdir. İlham Əliyev kəskin şəkildə cavab vermişdir ki, "məlumat vermək bir şeydir, məsləhətləşmək başqa şey".
("Mirzə Xəzərin Səsi")
Əvvəlki məqalə: Dövlət katibi Hillari Klinton Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə Vaşinqtonda görüşəcək
Sonrakı məqalə: Uluslararası Stratejik Araştırmalar Kurumu: Rusiya Azərbaycanı barmağına dolayırmı?
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4171
