Dövlət katibi Hillari Klinton Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə Vaşinqtonda görüşəcək
"Hürriyet" qəzetinin məlumatına görə, ABŞ-ın Dövlət Katibi Hillari Klinton Dağlıq Qarabağ münaqişəsinin həllinə yönələn diplomatik səyləri çərçivəsində gələn həftə Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Eduard Nalbandyanla görüşəcək.
CNNTurk telekanalının verdiyi xəbərə əsasən, Hillari Klinton Eduard Nalbandyanla bazara ertəsi mayın 4-də, Elmar Məmmədyarovla çərşənbə axəamı günü mayın 5-də görüşməlidir. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı, Ankara ilə Yerevan arasında münasibətlərin normallaşdırılması prosesi də müzakirə mövzusu olacaqdır.
"Hürriyet" qəzeti görüşlərdə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sərkisyan arasında mayın 7-də Moskvada keçiriləcək görüşdə müzakirə olunacaq məsələlərin müəyyən ediləcəyi gözlənir.
("Mirzə Xəzərin Səsi")
Əvvəlki məqalə: Mirzə Xəzər: Hakimiyyəti sarsıdan qətliam - əsl hədəf məzlum tələbələr deyildi
Sonrakı məqalə: İlham Əliyev ikitərəfli münasibətləri yaxşılaşdırmaq üçün xüsusi elçisini Ankaraya göndərir
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4173
