VHP: "Bu terror əməlində xarici qüvvələrin rolunu qətiyyən istisna etmək mümkün deyildir"
Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurası Neft Akademiyasındakı qalı hadisə ilə əlaqədar Mirzə Xəzərin Səsi" qəzetinə göndərdiyi bəyanatında bu terror əməlini "bölgədə baş verən ictimai-siyasi" hadisələrin işığında şərh edir. Bəyanatda deyilir: " Bu hadisənin cəmi bir gün əvvəl Türkiyə Cümhuriyyətidə on mehmetciyin ölümüylə nəticələnən qanlı atışmadan sonra baş verməsi müəyyən şübhələr doğurur. Son aylar bölgədə baş verən ictimai-siyasi proseslərin, Türkiyə və Azərbaycan hakimiyyətlərinə qarşı siyasi-mənəvi təzyiqin ardınca hər iki ölkədə qanlı teraktların törədilməsi siyasi basqıların silahlı müstəviyə keçməsi haqda təsəvvürlər yaradır. Bu baxımdan teraktda xarici qüvvələrin rolunu qətiyyən istisna etmək mümkün deyildir."
Vətəndaş Həmrəyliyi Partiyası olaraq baş verən qanlı hadisə nəticəsində həyatlarını itirən soydaşlarımızın doğmalarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, Azərbaycan Respublikası hüquq-mühafizə orqanlarından hadisənin baş vermə səbəblərini qısa müddətdə aydınlaşdırmağı və ictimai narahatçılığı aradan qaldırmaq üçün olay haqda dolğun informasiya verməyi tələb edirik.
("Mirzə Xəzərin Səsi")
Əvvəlki məqalə: Bakıda tələbələr “Terrora yox!” şüarı ilə aksiya keçirməyə cəhd ediblər
Sonrakı məqalə: Hadisənin qaranlıq məqamları: 80 güllə tutan patrondaş və "Makarov" tapancası (Hərbi ekspertlərin rəyi)
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4158
