Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Hadisənin qaranlıq məqamları: 80 güllə tutan patrondaş və "Makarov" tapancası (Hərbi ekspertlərin rəyi)

Mirzə Xəzər 01 May 2009

no comments

makarov

 

 

 

 

 

 

 


Rəsmi məlumata görə, aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında silahlı basqın törədərək sonra intihar edən Fərda Qədirovun üzərindən «Makarov» tipli tapança, hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş və 2 tapança sandıqçası aşkar edilib.

 


Belə məlum olur ki, F.Qədirov 13 nəfərin ölümü, 12 nəfərin yaralanması ilə nəticələnən terror aktını xüsusi üsulla hazırlanmış patrondaşlı “Makarov” la həyata keçirib.

 

 

Hərbi jurnalist Üzeyir Cəfərli “Media forum” saytına bildirib ki, belə patrondaş barədə ilk dəfə eşidir: “Mən bilirəm ki, bu tapançalar 8 güllə tutan sandıqçalarla təchiz olunur, 40 güllə tutan xüsusi patrondaşla bağlı isə ilk dəfə bu gün eşidirəm”.

 

 

Ü.Cəfərlinin sözlərinə görə, bu məsələdə bir sıra qaranlıq məqamlar var: “Onlardan biri də terror aktının bir tapança ilə törədilməsidir. “Makarov”un göstəriciləri belədir ki, onunla çox atəş açanda lülə qızır. Bu zaman tapança atəş açmır”.

 

 

Ukraynada yaşayan hərbi ekspert Xaqani Hüseynli isə “Media forum”a açıqlamasında bildirib ki, belə patrondaşlar Rusiyada xüsusi sifarişlə istehsal olunur: “Bunlar ümumi istehsala daxil deyil və tabel silahlarında istifadə olunmur. Amma xüsusi xidmət orqanları və ya özəl təhlükəsizlik xidmətləri sifarişlə belə patrondaşlar əldə edə bilir”.

 

 

Ekspert qeyd edib ki, cinayəti törədən F.Qədirov xüsusi üsulla hazırlanmış patrondaşı pulla da əldə etmiş ola bilərdi: “Amma mən səhərdən informasiyaları izləyirəm və hadisənin xarakterindən görünür ki, bu, xüsusi hazırlanmış terror aktıdır. Görünür, cinayətkarı bu vasitələrlə sifarişçilər təmin ediblər”.

 

 

X.Hüseynlinin sözlərinə görə, “Makarov” tapançaları hətta intensiv atəş rejimində belə çox sayda güllə atmaq qabiliyyətinə malikdir.

 

 


«Media forum»

Əvvəlki məqalə: VHP: "Bu terror əməlində xarici qüvvələrin rolunu qətiyyən istisna etmək mümkün deyildir"

Sonrakı məqalə: Məlahət Ağacanqızı: QIRMIZI 1 MAY (şeirlər)

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4159

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin