“Bir nəfər “Makarov” tapancası ilə 13 nəfəri qətlə yetirə bilməz”
Aprelin 30-da ADNA binasında baş vermiş qanlı hadisə ilə əlaqədar təzadlı məlumatların yayılması bir sıra sualın ortaya çıxmasına səbəb olub.
Terrorçular neçə nəfər olub?
Ria.Az portalının müxbiri Elena Əliyeva hadisə baş verən anda təhsil müəssisəsində olan şahidlərin rəsmi məlumatda deyilənlərdən tamam fərqli şeylər danışdıqlarını aprelin 30-da hazırladığı reportajında qeyd edirdi. Onların dediyinə görə, hadisəni törədən terrorçu bir nəfər deyil, 2 nəfər olub. Tələbələrdən birinin açıqlamasına görə, onlardan birinin başında maska olub. Qapını təpiklə açaraq içəri daxil olub və qarşısına keçən hər kəsin başına güllə sıxıb. Bəziləri onların slavyan mənşəli, bəziləri isə qaradərili şəxslər olduğunu deyirlər. Eyni zamanda onlar atəş səslərindən terror aksiyasında istifadə olunan silahın “Makarov” deyil, avtomat silah olduğunu ehitmal edirlər. ADNA-nın yaşlı müllimələrindən biri isə binadan çıxarkən hadisə yerində onun yardımına qaçan şəxslərə terrorçuların 4 nəfər olduğunu deyib. Onun sözlərinə görə, onlar Suriya vətəndaşları olublar. Neft Akademiyasına bu ilin fevral ayında qəbul ediliblər.
“Marakov”la bu qədər adam öldürmək mümkün deyil?
Ekspertlər də hadisənin bir nəfər tərəfindən törədildiyini istisna edir. Mütəxəssislər hesab edirlər ki, «Makarov»dan uzaq məsafə üçün istifadə etmək mümkün deyil. Digər silahlarla müqayisədə bu tapançanın patron darağında güllələrin sayı məhduddur: cəmi 8 patron. Bu göstəricilərə malik tapança ilə 13 nəfəri öldürmək o qədər də inandırıcı səslənmir.
Ekspert kriminalist İlqar Altay RİA-ya bildirib ki, kriminal hadisələr tarixində bir nəfərin “Makarov tipli tapança ilə bu qədər adamı qətlə yetirməsi faktına rast gəlinməyib.
- Məntiqi baxımdan bu mümkün deyil. Hadisə zamanı 40-dan çox atəş açılıb. Belə çıxır ki, qatildə “Makarov” tipli tapança olubsa, terrorçu 5-6 daraq dəyişib. Bu da onu göstərir ki, ona heç kəs mane olmayıb və sərbəst şəkildə bu qədər şəxsi qətlə yetirib. Çox peşəkar olub və kriminal dildə desək, "məhsuldar" işləyib. Ya da ehtimal etmək olar ki, qatil tək olmayıb. Və yaxud da atəş “Makarov”dan deyil, avtomat tipli silahdan açılıb.
Ölənlərin sayı azaldılır?
Hadisədən zərərçəkənlərin sayı barədə də ziddiyyətli faktlar səsləndirilir. Hadisə yerində olan jurnalistlərin hesablamalarına görə, Akademiyanın binasından 20-dən çox meyit çıxarılıb. Adının çəkilməsini isğtəməyən mənbənin RİA-ya verdiyi məlumata görə, təkcə Nəsimi rayon Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinə 20 meyit gətirilib. Rəsmi məlumatda isə mənbənin dedikləri təkzib edilir. Güc orqanlarının birgə yaydığı açıqlamada terrorçu qarışıq 13 nəfərin öldüyü bildirilir.
Əvvəlki məqalə: Məlahət Ağacanqızı: QIRMIZI 1 MAY (şeirlər)
Sonrakı məqalə: Azərbaycan media azadlığının səviyyəsinə görə 195 ölkə arasında 168-ci yeri tutub
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4162
