Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Bakıda tələbələr “Terrora yox!” şüarı ilə aksiya keçirməyə cəhd ediblər

Mirzə Xəzər 01 May 2009

no comments

Neft-akademeyasinda2

 

 

 

 

 

 




Bu gün bir sıra ali təhsil məktəblərinin, o cümlədən, Azərbaycan Dövlət Neft Akademiyası (ADNA), Bakı Dövlət Universitetinin tələbələri etiraz aksiyası keçirməyə cəhd ediblər.

 

 

Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, əllərində Azərbaycan bayrağı və qərənfillər tutan tələbələr ADNA-da baş verən terror hadisəsinə kütləvi etirazlarını bildirmək istəyiblər.

 

 


Onlar “28 may” metro stansiyasının qarşısındakı Cəfər Cabbarlının abidəsi önündən Azadlıq prospekti boyunca irəliləyiblər. Aksiya iştirakçıları “Terrora yox!” şüarı səsləndiriblər. Bir qədər irəlilədikdən sonra onların qarşısını polislər kəsib. Bu zaman tələbələrlə asayiş keşikçiləri arasında bir müddət mübahisə yaşanıb. Aksiyaçılar bir neçə dəfə “Terrora yox!” qışqırdıqdan sonra sakitləşiblər. Ardından onlar ADNA-nın pilləkənləri önünə qərənfillər düzərək, dağılışıblar. Bununla da aksiya başa çatıb.

 

 


Pərvin ABBASOV

LENT.

 

 

 

********************************************

 

 

“Hadisənin arxasında maraqlı qüvvələr ola bilər”

 



Millət vəkili Zahid Oruc belə hesab edir

Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) aprelin 30-da törədilən silahlı terror basqını nəticəsində həlak olanları məktəbdə keçirilən anım mərasiminə millət vəkilləri də qatılıblar.

 


Lent.az-ın əməkdaşının məlumatına görə, hadisə yerinə gedən millət vəkili Zahid Oruc jurnalistlərə açıqlamasında hadisənin terror aktı olduğunu deyib: “Bu hadisənin arxasında maraqlı qüvvələrin olması mümkündür. Həmin qüvvələr qətlə yetirilən tələbələrlə yanaşı, hadisəni törədən şəxsi də öz qurbanına çevirib. Terrorun milləti yoxdur. Bu qanlı hadisənin təfərrüatları açıqlanacaq. Hesab edirəm ki, Neft Akademiyasının hədəf götürülməsi təsadüfi deyil".

 


LENT.AZ

Əvvəlki məqalə: Siyasi partiyalar: Terror aktının sifarişçiləri Azərbaycanda sabitliyi pozmağa, ölkədə terror xofu yaratmaq məqsədi güdür

Sonrakı məqalə: VHP: "Bu terror əməlində xarici qüvvələrin rolunu qətiyyən istisna etmək mümkün deyildir"

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4156

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin