Siyasi partiyalar: Terror aktının sifarişçiləri Azərbaycanda sabitliyi pozmağa, ölkədə terror xofu yaratmaq məqsədi güdür
APA-nın məlumatına görə, Müsavat Partiyası, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası və Aydınlar Partiyasının ayrı-ayrılıqda qəbul etdikləri bəyanatda müvafiq hakimiyyət qurumlarına müraciət edərək hadisə ilə əlaqədar həlak olanların xatirəsinin əziz tutulması üçün respublikada bir günlük matəm elan etməyə, ictimai yerlərdə təhlükəsizlik tədbirlərini gücləndirməyə, habelə xalqa televiziya vasitəsi ilə mütəmadi və dəqiq
məlumat verilməsini təmin etməyə çağırıb.
AMİP rəhbərliyi bu hadisənin təsadüf olmadığını, arxasında daha çirkin məqsədlər dayana biləcəyini güman edir. Buna görə də partiya əhalini sayıq olmağa, mənfur niyyətlərə qarşı mübarizədə səylərini artırmağa çağırıb.
Aydınlar Partiyası isə hesab edir ki, terror aktının sifarişçiləri Azərbaycanda sabitliyi pozmaq, ölkədə terror xofu yaratmaq məqsədi güdürlər. Buna görə də partiya hüquq-mühafizə orqanlarının ölkənin milli təhlükəsizliyini təmin etmək üçün bütün qüvvələrini səfərbər etməsini vacib sayıb.
Əvvəlki məqalə: Məlahət Ağacanqızı: AZƏRBAYCAN NEFT VƏ QAN AKADEMİYASI
Sonrakı məqalə: Bakıda tələbələr “Terrora yox!” şüarı ilə aksiya keçirməyə cəhd ediblər
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4160
