Semih İdiz: "Tək ümidimiz odur ki, Türkiyəyə qəzəblənib rus atəşi ilə oynayan azərbaycanlılar əllərini çox yandırmasınlar"
Semih İdiz
Semih İdiz Türkiyənin "Milliyet" qəzetində "Azərbaycan rus atəşi ilə oynayır" sərlövhəli şərhində qeyd edir ki, Ermənistanla barış yollarını axtardığı səbəbilə Ankaraya qəzəblənən Bakı, qisas olaraq Rusiyaya yaxınlaşmaqla Qarabağla əlaqədar arzularını yerinə yetirə biləcəyini sanırsa, "bizcə yuxu
görür". Müəllif sonra yazır: "Moskva, Qafqazda Stalinin "parçala hökm et" siyasətini eynən izlədiyini Gürcüstanda dünyaya göstərdiyi anda, Bakının bu ümidlərinin boş olduğu açıq-aşkar ortadadır. Rusiya Qarabağ üçün, ermənilərin daxili işlərinə müdaxilə edilmədiyi bir muxtariyyətə tərəfdar olduğunu artıq söyləmişdir. Bunun adı de-yure (sözdə) "Qarabağa müstəqillik verilməsi" olmasa da, de-fakto (əməldə) bu mənaya gəldiyi açıq-aydındır. Ermənistanın sərhədlərini də Türkiyəyə qarşı qoruyan Rusiyanın, bunu təminat
altına almadan Qarabağ xaricindəki Azərbaycan torpaqları təhvil verməsi üçün ermənilərə təzyiq göstərəcəyini düşünmək də xəyaldan ibarətdir... (Bu səbəbdən)
tək ümidimiz odur ki, Türkiyəyə qəzəblənib rus atəşi ilə oynayan azərbaycanlılar əllərini çox yandırmasınlar".
("Mirzə Xəzərin Səsi")
Əvvəlki məqalə: Bu gün jurnalist Eynulla Fətullayevin həbsindən 2 il ötür.
Sonrakı məqalə: Bu ölkədə kimlərə yer var?!
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3989

Ermənilər Rusların təsir zonasına daxildir. Ankara ABŞ-ın təzyiqi ilə Ermənistanla sərhədləri açaraq Ermənistanı Rusiyanın təsiri altından çıxarmağa çalışır. Bundan sonra, güya ABŞ-ın təsiri altında olan Ermənistana, Qarabağ məsələsində təzyiq göstərmək mümkün olacaq. Məncə əslində “AKP həm də Ermənistan atəşi ilə oynayır”. İyirmi ildən ziyadə biz zaman ərzində xristian dünyası bir dəfə də olsun (müsəlman)Azərbaycanın maraqlarını əks etdirən təsirli bir əməl etməmişdir. Hətta özlərinin qəbul etdikləri qətnamələrin icrasına da cəhd etməmişlər. Azərbaycan öz torpaqlarını özü də azad edə bilər. Amma bu günə qədər heç kim bu münaqişənin hərbi yolla həllini iki dövlətin (Azərbaycan və Ermənistanın) öhtəsinə buraxmayıb. Əksinə hər zaman Azərbaycana müharibə etməmək haqqında təzyiq göstəriblər. Əgər rusların ermənilərə hərbi yardım etməyəcəklərinə qarantiya olsaydı, Azərbaycan öz torpaqlarını hərbi yolla azad edtməyə qalxardı. Amma təəssüf ki, nə Azərbaycanın torpaqları işğal olunan zamanlarda Türkiyə dövləti Rus hərbi birləşmələrinə “dur” deyə bilmədi. Nə də indi Ermənistanla Azərbaycan arasında başlana biləcək müharibəyə, Rusların qarışmayacağına qarant olmağa cəhd etməyib. Odurki, Azərbaycan özü Rusiya ilə anlaşmalıdır. 1.Nəyin bahasına olursa olsun Ermənistanı Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarmağa Rusiyanı razı salmalıdır. 2.Azərbaycanın hərbi yolla öz torpaqlarını azad etməsinə Rusiyanı razı salmalıdır.. Bir neçə kəlmə ilə Semih İdiz yazısı haqqında. Ermənistanla sərhədləri açmaq səbəbilə Azərbaycana arxa çevirən türkiyə iqtidarı, ABŞ-a yaxınlaşmaqla “soyqırım”la əlaqədar arzularını yerinə yetirə biləcəyini sanırsa, “bizcə yuxu görür”. ABŞ dünyada müsəlman-xristian siyasətini eynən izlədiyini İrakda, Əfqanıstanda, dolayısı ilə Fələstində, dünyaya göstərdiyi anda, Ankaranın bu ümidlərinin boş olduğu açıq-aşkar ortadadır. B.Obama Türkiyə üçün, ermənilərin soyqırımına münasibətində seçkiöncəsi mövqeyinin dəyişmədiyini söyləmişdir. Bunun adı de-yure (sözdə) “erməni soyqırımının tanınması” olmasa da, de-fakto (əməldə) bu mənaya gəldiyi açıq-aydındır. Erməni diasporasını da Türkiyəyə qarşı qoruyan ABŞ-ın, soyqırım iddialarından əl çəkməsi üçün ermənilərə təzyiq göstərəcəyini düşünmək də xəyaldan ibarətdir… (Bu səbəbdən) Qardaş olaraq bizim də tək ümidimiz odur ki, Azərbaycana arxa çevirib, ABŞ və Ermənistan atəşi ilə oynayan Türkiyə iqtidarı əllərini çox yandırmasınlar”. Ekiz qardaşlardan birinin canı yananda o biri qardaş da bunu öz canında hiss edir.