Daha zalım kim ola bilər?
Allahına adı ilə! Vətəndaşların dəfələrlə incidildiyi bir ölkədə bu xoşagəlməz sürəc bir müddət öz davamlılığına son qoyduqda, həqiqətən də, gerçək mənada “bu xoşagəlməz sürəc” ancaq və ancaq “bir müddət” davamlılığına son qoyur. Bu xoşagəlməz halları yaşadan da, yaşayan da, kimliyindən, vəzifəsindən, səlahiyyətindən asılı olmayaraq bu ölkənin vətəndaşıdır. Sadəcə bir vətəndaşdır, daş deyil! Yəni, insandır- yorulur, əldən düşür, deməli, haqqı var dincəlməyə, özfəaliyyətini müvəqqəti də, olsa, dayandırmağa! Əslində isə, vətəndaş incidilməməli, ona heç bir təzyiq və basqı edilməməlidir. Əgər, bu vətəndaş hər hansısa bir cinayətə və yaxud, qeyri-qanuni hərəkətə, qanunpozuntusun a yol verirsə, hüquqi müstəvidə, qanunda göstərilənə uyğun olaraq, haqq etdiyi cəzaya çatmalıdır. Lakin, “vətəndaş incidilir” deyilərkən, bir azyaşlı uşaq belə, o anda anlayır ki, söhbət vətəndaşın yol verdiyi qeyri-qanuni hərəkətə görə cəzalandırılmasından deyil, sözün əsl mənasında incidilməsindən gedir. Buna isə, kimsənin haqqı, ixtiyarı və səlahiyyəti yoxdur- sadə vətəndaşdan tutmuş, yüksək rütbəli dövlət məmuruna qədər. Həmin sadə vətəndaşdan tutmuş, həmin yüksək rütbəli dövlət məmuruna qədər, hamı bilir ki, bu gün ölkəmizdə “incidilmə” kəlməsi tez-tez işlədilir, bəlkə də, “dillərdə dastan olub” – desək, yanılmarıq. Məsələn, dəfələrdə olub ki, inanc müstəvisində- iş yerlərində, təhsil ocaqlarında hicablı möminə xanımlar incidilmiş, haqları tapdanmışdır. Bununla bağlı xəbərlər mediada geniş şəkildə yayılmış və çox şük ür olsun ki, aidiyyatı qurumların vasitəsiylə bu və bu kimi problemlərin bəzisinin aradan qaldırılması mümkün olmuşdur. Bu, ölkədə vətəndaşın incidilməsinə dair bir nümunə idi. Bu kimi nümunələri çox sadalamaq olardı. Axır zamanlarda vətəndaşın incidilməsi bir başqa şəkildə davam etməyə başlamışdır. Ürəkləri istədiyi kimi keçirtdikləri 18 mart referendumundan öncə “ev yıxma” əməliyyatı həyata keçirildi. Referenduma görə, bu əməliyyat bir müddətliyinə təxirə salındıqdan sonra, yenidən bu mövzu aktuallaşmağa başlayıb. Zatən, bizim dilimizdə “evimi yıxma”, “evim yıxıldı” və s. kimi ifadələr tez-tez işlədilməkdədir, ümumiişlək ifadəyə çevrilib bu ifadələr. Rüşvət verməyə məcbur olan vətəndaş, şikayət ərizəsinə baxılmayan vətəndaş, işsiz, çörək üzünə həsrət qalan və s. vətəndaşlar “evi yıxılanlar” zümrəsindəndir. Lakin, ev sahibinin gözü görə-görə onun evinin “başına” uçurulması daha çox ağır və xoşagəlməzdir. Referendumsonrası da, “ev yıxma” əməliyyatına başlanıldı. Amma, bir tərəfdən bu xoşagəlməz halların baş verdiyini duyduqda bunun ağılasığmaz olduğunu düşünür və təəccübləniriksə, digər tərəfdən, bundan ötrü təəccüblənməməliyik də. Çünki bu ölkədə vətəndaşın evinin “başına” uçurulması, Allahın evinin uçurulmasından heç də, təəccüblü deyildir! Təsəvvür edin ki, bir rəsmdə vətəndaşın evinin uçurulduğu əks olunmuşdur, digər bir rəsmə baxdıqda isə, Allahın evinin uçurulmasını görürük. Doğrusu, bu xəbər bir çoxlarını üzdüyü və sarsıtdığı kimi, məni də, üzdü və sarsıtdı. Bakıda- Yasamal rayonu Murtuza Muxtarov 190 ünvanında yerləşən və Əziz İslam Peyğəmbərinin (s) adı ilə bağlı olan bir məscid- Allahın evi söküldü. Bu məscidin tikildiyi Bakı şəhərini tanıyırsınızmı? Əgər, tanımırsınızsa, xatırladım ki, Bakı “İslam mədəniyyətinin paytaxtı”dır. Məscidlər isə, “İslam mədəniyyəti”nin ayrılmaz və tərkib hissəsidir. Amma, nəzərə alsaq ki, bir zamanlar ölkədə səsgücləndiricilər vasitəsiylə azanın verilməsinə qadağa qoymaq istəyirdilər- Allahın izniylə bu alınmadı- məscidin yerlə-bir edilməsi də, gözlənilən bir haldır. Bir anlığa ateistlərin sökdükləri məscidlər yadıma düşdü. İslam Peyğəmbərinin (s) dövründə bir qrup- İslamı zahirdə qəbul edib qəlbənsə iman gətirməyən şəxslər, İslam və müsəlmanlar əleyhinə özləri üçün bir ev tikib “məscid” kimi qələmə verdilər. Peyğəmbərin (s) göstərişi ilə bu təhlükəli yuva dağıdıldı. Lakin, paytaxtda məscidi sökənlər müsəlmanlığa iddialı şəxslərdir- ateist deyillər! Bu məscid də, İslam və müsəlman Azərbaycan xalqının əleyhinə , ziyanına deyil, mənəviyyatın, əxlaqın, mədəniyyətin güclənməsinə xidmət edəcəkdi! Görünür ki, sovetin tərkibindən çıxan bir ölkədə hələ də, sovetin təsirindən çıxmayan insanlar, həmçinin, mənəviyyatın, əxlaqın, mədəniyyətin güclənməsini gözü götürməyənlər var. Allahın evi sayılan məscidi sökənlər isə, iddia etdilər ki, bu məscid qanunsuz tikilmişdir. Axı, necə ola bilər ki, “İslam mədəniyyətinin paytaxtı”nda bir restoranı, kafeni, barı, hətta diskotekanı “qanunsuzdur” deyib sökmürlər, amma, bir məscid “qanunsuz” adlandırılıb sökülür?! Görəsən, bu bəhanənin arxasında nə gizlənir? Hansı məmur bu “başı bəlalı” məscidin yerində bir villa, holdinq, qəsr və yaxud şirkət tiktirmək fikrində olub. Paytaxtda məscid tikilir, bir müddət sonra, gəlib “qanunsuz” olduğunu iddia edib sökürlər bu məscidi. Bu məscid bir saat, bir gün və ya bir həftə ə rzində tikilməyib axı! Bir məscidin tikilişinə - təxminən, bir neçə ay sərf edilir. Görəsən, bu müddət ərzində icra hakimiyyəti hara baxıb? Bir yerdə məscid inşa edilir, amma, rəhbərlik bundan xəbərsizdir? Bir müddət sonra, xəbər alır ki, sən demə bu məscid “qanunsuz”dur?! Bu gün bir qapıda beş-on “kubik” gördükdə polis məmurları həmin qapıya yaxınlaşıb- ev yiyəsindən məsələnin nə yerdə olduğunu soruşurlar? Necə deyərlər, hər kəs öz “payını” da, götürür- çox şahidi olmuşuq belə halların.. Hər iki halda rəhbərlik böyük xətaya yol vermişdir. Bir məscidi dağıtmaq böyük günahdır- xüsusən də, bu məscid “İslam mədəniyyətinin paytaxtı�� �nda dağıdılırsa, bu dəhşətli bir faciədir. Bu məscidin “qanunsuz” tikildiyini nəzərə alsaq belə, yenə də, rəhbərlik günahkardır ki, bunca müddətdə bu “qanunsuz” tikilidən xəbərsiz olub və iş o yerə gəlib çatıb ki, məscidin tikilişi bitmək üzrə olduğu bir vaxtda, ehtiramını qorumayıb dağıdıblar.. Bəs görəsən, Allahdan qorxmayıb Onun evini sökənlər, etdikləri əməlin böyük günah olduğunu düşünməyiblərmi? Allah-Təala isə, sual edir: “Daha zalım kim ola bilər?” “Bəqərə” surəsinin 114- cü ayəsində buyurulur: “Allah məscidlərində Onun adının çəkilməsinə mane olan və onların viran edilməsi (istiqaməti)ndə çalışandan daha zalım kim ola bilər? Onlar ora ancaq (insanların və ya Allahın) qorxu(su) ilə daxil olmalıdırlar və buna layiqdirlər. Onlar üçün (bu) dünyada xarlıq, axirətdə isə, böyük bir əzab var.” Bəli, o kimsələr bu dünyada xarlığa, Axirət də isə, böyük bir əzaba məhkumdurlar. Halbu ki, onlar, həmin məscidə daxil olub orada Allahı yad etməli, Allahın şəninə təriflər deməli idilər. Amma, çox təəssüf ki, “İslam mədəniyyətinin paytaxtı”nda məscid sökməyə hazır olanlar var. Bu, çox dəhşətli xəbərdir.
Sonda bir faktı da, diqqətinizə çatdırmaq istəyirəm ki, bu gün ölkəmizdə mənəviyyatdan, əxlaqdan, dini və milli kimliyimizdən uzaq olan veriliş və proqramların efirə verilməsi, şoulara, şouçulara “yaşıl işıq”ın yandırılması, dini və əxlaqi veriliş və proqramlara isə, “qırmızı işıq”ın göstərilməsi, ölkədə hicablı xanımların inanc müstəvisində incidilməsi, hicablı olduqları üçün, narahat edilmələri, “demokratik”, “insan haqları”nın qorunduğu bir ölkədə hicablı xanımların hicabla şəkil çəkdirib şəxsiyyət vəsiqəsi ala bilməməsi və s. bu kimi xoşagəlməz hallar hələ də, davam etməkdədir. Allahın izniylə, bu və bu kimi sair problemlər tezliklə öz həllini tapacaqdır. Hesab-kitab günü etdikləri şər əməllərdən ötrü əzaba düçar olanlar isə, nə qədər ki, imkanları var- bu haqda düşünsünlər!
Q. Səfərov
Aprel 2009.
Əvvəlki məqalə: Faxtə Zamani BMTnın irqçilik əleyhinə konfransında iştirak edir
Sonrakı məqalə: Salam, Mirzə müəllim
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4000