Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Cengiz ÇANDAR: Türkiyənin Qarabağ üzündən Ermənistan sərhədini bağlı saxlamasının bu günədək Qarabağ probleminin həllinə heç bir faydası olmayıb

Mirzə Xəzər 10 Apr 2009

no comments

cingiz

Çingiz Çandar

 

 

 

 

 

 


"Azərbaycanda qopardılan hayküyün "mesajı"nın ünvanı Ankara deyil, Moskva idi" deyə iddia edən Çingiz Çandar "Radikal""Hürriyyət" qəzetlərində çıxan geniş şərhində qeyd edir ki, Əliyev hökuməti eyni zamanda Vaşinqtonun da diqqətini cəlb etmək məqsədini güdüb. Müəllif Barak Obamanın İlham Əliyevə Bağdaddan zəng etməsini bu fikri sübut etdiyini qeyd edir. Çingiz Çandar Türkiyə ilə Ermənistan arasında 2007-ci ilin avqust ayından indiyədək davam edən danışıqların hər bir mərhələsi barədə İlham Əliyevə ən cüzi təfərrüatlar barədə belə məlumat verdiyini inkaredilməz fakt hesab edən müəllif Türkiyənin Qarabağ səbəbi ilə Ermənistan sərhədini bağlı saxlamasının bu günədək Qarabağ münaqişəsinin həlli məsələsində heç bir xeyri olmamışdır. Bu səbəblə, sərhədlərin bağlı saxlanılmasının Ermənistanın Rusiyadan asılılığını artırmaqdan başqa Azərbaycana heç bir faydası olmadığı fikrini irəli sürür. Müəllif hesab edir ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Türkiyənin regionda çəkisinin artmasına və bununla da Dağlıq Qarabağ münaqişəsinin həllinin asanlaşmasına gətirib çıxarda bilər.

 

Çingiz Çandar Abdulla Gül ilə İlham Əliyevin Barak Obamanın Türkiyəyə gələcəyi elan olunandan sonra, martın 11-də Tehranda üz-üzə görüşü zamanı Türkiyə prezidentinin Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasə prosesinin "texniki cəhətdən" tamamlandığını və Azərbaycanın həfərkətə keçməsinin vacibliyini İlham Əliyevə bildirdiyini yazır. Müəllifin fikrincə, Azərbaycan hökuməti hayküy qaldırmaqla Ankaranın və ABŞ prezidenti Barak Obamanın istəyinə qarşı çıxıb Cənubi Qafqazda Rusiyasız heç bir şeyin baş verə bilməyəcəyinin Bakıda dərk edildiyini Moskvaya göstərmək istəmişdir.

("Mirzə Xəzərin Səsi")

Əvvəlki məqalə: Fasiləsiz kütləvi aksiya qərarı verən Gürcüstan müxalifəti vətəndaşları itaətsizliyə çağırıb

Sonrakı məqalə: Vətəndə və qəriblikdə didərginlər

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3974

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin