Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi Azərbaycan Milli Məclisində müzakirə olunub

Mirzə Xəzər 08 Apr 2009

no comments

serhed0

 

 

 

 

 

 

 


Azərbaycan Milli Məclisinin İqtisadi siyasət daimi komissiyasının bu gün keçirilən iclasında Türkiyənin Ermənistanla sərhədləri açacağına dair yayılan məlumatlar müzakirə olunub.

APA-nın məlumatına görə, komissiya sədri Ziyad Səmədzadə və komissiya üzvləri Türkiyənin atmaq istədiyi bu addımın yanlış olduğunu vurğulayaraq, məsələnin Milli Məclis səviyyəsində müzakirə olunması, bununla bağlı parlamentin xüsusi bəyanatla çıxış etməsinin vacibliyini qeyd ediblər.

Millət vəkili Vahid Əhmədov deyib ki, Milli Məclis bu məsələyə rəsmi münasibət bildirməlidir: «AKP iqtidarının apardığı siyasət Azərbaycana arxadan zərbə vurur. Bununla Ermənistan daha da güclənəcək».

Millət vəkili Xanhüseyn Kazımlı da həmkarları ilə həmfikir olduğunu qeyd edib. Millət vəkilləri təklif ediblər ki, məsələ Milli Məclisin gündəliyinə salınsın və parlamentin bu məsələyə həsr olunmuş xüsusi iclası keçirilsin.

 

 

 

Bu arada Trend.News xəbər portalı Avropa Birliyinin adının çəkilməsini istəməyən bir yüksək vəzifəli rəsmisinə istinadən Türkiyə-Ermənistan sərhədinin aprel ayında açılacağına ümid bəsləndiyini qeyd edir. Trend-News bu xəbərin Türkiyənin "Sabah" qəzetində dərc edildiyini yazır.

 

 

 

 

Əvvəlki məqalə: Əli Babacan: "İlham Əliyev çox məşğul olduğu üçün İstanbula gəlməyib"

Sonrakı məqalə: “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin müdafiəsi ilə Media Hüququ İnstitutu məşğul olacaq

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3958

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin