Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

“Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin müdafiəsi ilə Media Hüququ İnstitutu məşğul olacaq

Mirzə Xəzər 08 Apr 2009

no comments

Asif Merzili


Dünən azadlıqdan məhrumetmə cəzası alaraq məhkəmə zalında həbs edilən “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin müdafiəsi ilə Media Hüququ İnstitutu məşğul olacaq. Məlumatı “Media forum” saytına institutun hüquqşünası Xalid Ağəliyev verib.

O bildirib ki, baş redaktorun həyat yoldaşı Yasəmən Məmmədova ilə müqavilə bağlanıb: “Həm Azərbaycan qanunvericiliyinə, həm də dövlətin qoşulduğu Avropa konvensiyalarına görə Asif Mərzilinin həbsi ədalətsizlikdir. Hazırda onun müdafiəsi istiqamətində ilkin addımları atmaq məqsədilə iş materialları ilə tanışlığa, növbəti proses üçün vəsatətlərin hazırlanmasına başlamışıq”.

Baş redaktorun həyat yoldaşı Y.Məmmədova “Media forum” saytına açıqlamasında bildirib ki, dünən İşgənçələr Əleyhinə Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudovla əlaqə saxlayıb: “O, Bakıda olmadığını bildirdi. Bu gün axşam gəlir. Sabah görüşəcəyik”.

Y.Məmmədova onu da bildirib ki, A.Mərzilinin hüquqlarını müdafiə komitəsinin yaradılması da nəzərdə tutulub.

Baş redaktorun həyat yoldaşı dünən A.Mərzili üçün apardığı geyim və yeməyin qəbul edildiyini bildirib: “Bundan sonrakı yemək ötürmə vaxtı aprelin 14-dür”.

A.Mərzili dünən Yasamal Rayon Məhkəməsində başa çatan prosesdə Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin iddiası ilə böhtan, şərəf və ləyaqətin tapdanmasında təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum olunub.

«Media forum»

http://www.mediaforum.az/articles.php?lang=az&page=00&article_id=20090408032921203

Əvvəlki məqalə: Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi Azərbaycan Milli Məclisində müzakirə olunub

Sonrakı məqalə: Məlahət Ağacanqızı: MÜQƏDDƏS QADIN SEVGİSİ İLƏ SEVİLƏN KİŞİ

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3959

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin