Mirzə Sakit azadlığa buraxılıb
“Media forum” saytı xəbər verir ki, satirik yazar Mirzə Sakit 1000 gündən artıq davam edən həbsdən sonra bu gün səhər paytaxtdakı 10 saylı Cəzaçəkmə Müəssisəsindən buraxılıb. “Azadlıq” qəzetinin əməkdaşı olan 49 yaşlı M.Sakit 2006-cı il iyunun 23-də həbs edilmiş, qeyri-qanuni narkotik maddə saxlamaqda ittiham olunaraq 3 il iş almışdı. O, Milli Məclisin martın 17-də qəbul etdiyi amnistiya aktına əsasən cəzasının çəkilməmiş hissəsindən azad olunub.
Satirikin azadlığa çıxamasıyla həbsdəki jurnalistlərin sayı 4-ə düşdü. M.Sakitin qardaşı, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid, “Realnı Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev, “Bizim yol” qəzetinin yazarı Müşfiq Hüseynov 2007-ci ildən həbsdədirlər. “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili isə iki gün qabaq - aprelin 7-də Yasamal Rayon Məhkəməsində başa çatan prosesdə Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin iddiası ilə böhtan, şərəf və ləyaqətin tapdanmasında təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum olunub.
«Media forum»
Əvvəlki məqalə: Ərdoğan: "Azərbaycanla Ermənistan arasında münaqişə həll edilmədikcə Türkiyə ilə Ermənistan arasındakı əlaqələrdə irəliləyiş ola bilməz"
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3961
