Ərdoğan: "Azərbaycanla Ermənistan arasında münaqişə həll edilmədikcə Türkiyə ilə Ermənistan arasındakı əlaqələrdə irəliləyiş ola bilməz"
Türkiyənin baş naziri Ərdoğan aprelin 8-də İstanbulda öz partiyasının yerli şöbəsində müxbirlərlə söhbət zamanı müxalifəti Türkiyə-Ermənistan-Azərbaycan münasibətləri məsələsində onun hökumətinə iftira atmaqda təqsirləndirib. Ərdoğan müvafiq sualın cavabında demişdir ki, "Azərbaycan ilə Ermənistan arasında on illərdən bəri davam edən ağır bir proses mövcuddur. Bizim də bu prosesdən irəli gələn çətinliklərimiz vardır. Azərbaycan-Ermənistan münaqişəsi həll edilmədən Türkiyə ilə Ermənistan arasında problemlərin öhdəsindən gəlmək çətin işdir. Biz ümid edirik ki, BMT Təhlükəsizlik Şurası Ermənistanı işğalçı kimi tanısın və Ermənistanı Dağlıq Qarabağ regionundan çıxmağa çağıran qərar qəbul etsin...Əvvəlcə Azərbaycanla Ermənistan arasında münaqişə həll edilməlidir. Və sonra isə Türkiyə ilə Ermənistan arasında problemləri həll edə bilərik". Bu məlumatı Türkiyənin haber.turk.net və haber.mynet.com xəbər portalları yayıblar.
("Mirzə Xəzərin Səsi")
Əvvəlki məqalə: Məlahət Ağacanqızı: MÜQƏDDƏS QADIN SEVGİSİ İLƏ SEVİLƏN KİŞİ
Sonrakı məqalə: Mirzə Sakit azadlığa buraxılıb
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3960
