Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Mirzə Xəzərin “18 mart referendumu – demokratiyanın məğlubiyyəti...” yazısına münasibət

Mirzə Xəzər 01 Apr 2009

no comments

İnanmırsınız???

Ön söz əvəzi: İlk baxışdan mənə elə gəldi ki, bu referendum ideyasını ortaya atanlar, İlham Əliyevə qarşı təxribat ediblər, xalq qarşısında onu nüfuzdan salmaq məqsədi güdüblər.

Hörmətli Mirzə müəllim! Sizin yazınızı oxudum.

“Mövcud avtoritar rejimin uzun müddət maneəsiz hökmranlığını təmin etməyə yönələn addımlardır” fikrinizlə razılaşmamaq olmur. Hörmətli Mirzə müəllim, cəsarət edib öz mülahizələrimi sizinlə bölüşmək istəyirəm.


Bizdə “cüzi tənqid mənbələri”ni və “azad söz və azad səslər”i boğmağa və məhv etməyə əslində heç ehtiyac yoxdur. Çünki H. Əliyev bir dəfə bu tənqidlərə münasiət bildirərkək “it-karvan məsələsi” deməklə öz ardıcıllarında çox uğurlu strateji immunitet yaratmışdır.


“Müxalifətin taqətdən salınması və “sındırılması”" məsələsinə gəlincə onu deyim ki, bizim heç taqətli müxalifətimiz var ki, onu əzib sındırsınlar? Olmayan bir zadı necə əzib sındırmaq olar? Bir də deyirsiniz ki ”xarici siyasətində artıq demokratiyaya yox, neft və qaz ehtiyatlarına üstünlük verən Qərb dünyasının bütün bu prosesləri sükutla müşahidə etməsi rejimi həvəsləndirir və təəssüf ki, dolayısı ilə onun mürtəce hərəkətlərinə təkan verir”. Əslində hər şey elə bundan başlanı r. Qərb, demokratiyaya kiminçün üstünlük versin? Hansı siyasi qüvvə onu (demokratiyanı) qoruyub saxlaya bilər? Məncə Azərbaycanda elə siyasi qurum yoxdur ki, demokratiyanı mövcud iqtidardan daha yaxşı qoruyub saxlaya bilsin. Yazırsınız ki, “Azərbaycandakı rejim hal-hazırda əlinə düşən bir növ tarixi fürsətdən yubanmadan istifadə etmək əzmində olduğunu açıq göstərir”. Təmamiylə sizinlə razıyam. Axı niyə də fürsətdən istifadə etməsin? Bir halda ki, kimliyindən asılı olmayaraq Azərbaycanda hakimiyyət iddiasında olan hər kəs və ya siyasi qüvvə hakimiyyətə öz məqsədləri üçün can atır, o zaman mövcud iqtidarın nəyi onlaradan əskikdir ki, b u cəhddə bulunmasın.

 

Madamki, iqtidara kimin gəlməsindən asılı olmayaraq hər gələn öz mənfəəti üçün çalışır, YAP niyə çalışmasın? Zira Heydər Əliyevin oğlu olduğuna görə İlham Əliyevin buna daha çox mənəvi haqqı çatır. Çünki bu gün Azərbaycanda iqtidar olmağa iddialı olan şəxslərin heç biri Azərbaycan xalqı qarşısında nə Heydər Əliyev, nə də İlham Əliyev qədər xidmət göstərməyə nail olmayıblar. Bir də yazırsınız ki, “iradəsi əlindən alınan xalq itaətkarlıqla barışmalı olur”, bu fikirə də öz münasibətimi bildirmək istəyirəm. Məncə xalq, bir qədər fərqli haldadır, itaətkarlıq halında deyil. Əgər itaətkarlıq halında olsaydı müticəsinə gedib iqtidarın istədiyi kimi səs verərdi, iş bitərdi. Amma belə olmadı. Çünki Azərbaycan xalqı tarixən şiə məzhəbli olub, ədalət axtarışında olub və haqqın müdafiə� �isi olub. Bu gün də “iradəsi əlindən alınmış” halda yox, əksinə iradəsi əlində olan haldadır. Sadəcə bu yazıq xalq bir (ədalətli) Allah Bəndəsi tapa bilmir ki, “bəlgə” edib qabağına salsın və onun arxasınca getsin. İNANMIRSINIZ? Sizi inandırmazdan əvvəl onu deyim ki, iki mübarizə aparan tərəfdən, ədalətli tərəf olmazsa təbii ki, "güclü" olan tərəf qalib gələcək. Həmişə belə olub.. Bu gün də belədir. "Xalq" adlandırdığımız kütlə kimlərdir? Güclüdən qorxub onu müdafiə edənlərmi, yoxsa gözləmə mövqeyində olanlarmı? Məlum deyil. Odur ki, zəif olan da xalqı arxasında görür, güclü olan da. Kimin arxasında xalqın neçə faizidir-onu heç kim, heç kimə sübut edə bimir. Çünki heç kim, heç kimin dediyinə inanmır. Nə iqtidar müxalifət deyənə, nə də müxalifət iqtidar deyənə. Indi qayıdaq yuxarıdakı sualın cavabına.

 

Bu yazıq xalq bir (ədalətli) Allah Bəndəsi tapa bilmir ki, “bəlgə” edib qabağına salsın və onun arxasınca getsin. Cünki hamı hakimiyyətə can atır ki, öz mənafelərini təmin etsin. Amma bu mübarizənin adını “xalqa xidmət üçün mübarizə” qoyur. Əgər belə deyilsə özünü müxalifəçi hesab edənlərdən bir Allah bəndəsi desin ki, ey müxalifət dəstəsi, siz məni özünüzə vahid namizəd seçin. İqtidarlı-müxalifətli Azərbaycan xalqı da mənə etimad göstərib məni prezident seçsin. Mən də prezident olan kimi (1-ci) ədalətli MSK yaradacağam, (2-ci) hamı üçün bərabər təbliğat kompaniyası təşkil edəcəyəm. (3-cü) Hər kəsin məcburi səs verməsini təmin edəcəyəm. (4-cü) 100 gündən gec olmayaraq təkrar seçki keçirəcəyəm. (5-ci) Öz nami zədliyimi irəli sürmədən bütün iddialılar (həm iqtidardan həm də müxalifətdən olan iddialılar) üçün bərabər və ədalətli şərait yaradacağam.

 

Həmən bu demokratik seçkilərdə xalq kimi seçsə o da prezident olsun və beləliklə də halal seçkilərin əsası qoyulsun. Əgər belə bir Allah bəndəsi tapılsa, sizi əmin edirəm ki, “Azərbaycanda demokratiyanın zahiri görüntüləri ... gün keçdikcə yox olub getməz, iradəsi əlindən alınan xalq itaətkarlıqla barışmalı olmaz, avtoritarizm isə günbəgün “inkişaf” edib güclənməz.” Azərbaycanda belə bir Allah bəndəsinin tapılsı utopiyadır. Əvvəla ona görə ki, bu müxalifətin bir-birini görən gözü yoxdur. Onların vahid namizədi olmayacaq. Yadınıza salım ki, Cəlil Məmmədquluzadənin “Ölülər” əsərindəki personajlardan, heç kim öz ölülərinin dirilməsini istəmirdi. Müxalifətin də vahid namizəd axtarışı buna bəzər duruma düşəcək. Beləliklə Mirzə müəllim, bizim müxalifət çox çətin müxalifətdir. Bizim müxalifət Ayaz Mütəllibovu yıxan müxalifətdir. Odur ki, azərbaycan müxalifətinin(sözlərim 99%-nə aiddir) nə Allahın, nə Xalqın, nə İblisin yanında hörməti yoxdur.

 

 

P.S. Azərbaycan müxalifəti A.Mütəllibovu nəinki iqtisadçı kimi bu vətənə xidmət etməkdən, hətta onu vətənə dönməkdən də məhrum etdilər.

 

 

Y. Səfərov

Əvvəlki məqalə: Mirzə Xəzər: “Bu rejim 16 ildir xalqın boynuna minnət qoyur”

Sonrakı məqalə: Qasımbala Səfərov: Saraylar və xadimlər

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3947

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin