ANKA: Almaniya Türkiyəni Ermənistanla sərhəddini açmağa çağırır
Gernot Erler
Almaniya xarici işlər nazirliyində dövlət naziri vəzifəsini ifa edən Gernot Erler Yerevanda bildirib ki, "iqtisadi böhran şəraitində Ermənistan-Türkiyə sərhəddinin açılması" Almaniyanı "çox məmnun" edərdi. Bu xəbəri Türkiyənin ANKA məlumat agentliyi yaymışdır. Gernot Erler eyni zamanda Almaniya parlamentinin - Bundestagın deputatıdır. Yerevanda səfərdə olan Gernot Erler buradakı mətbuat konfransında Ermənistan ilə Türkiyə arasında başlanan mükaliməni müsbət qarşıladığını qeyd etmişdir.
("Mirzə Xəzərin Səsi")
Əvvəlki məqalə: ABHaber: Türkiyə Ermənistanla sərhəddi aprel ayında aça bilər
Sonrakı məqalə: Hasan Kanbolat: “Rəsmi Bakı Cənubi Qafqazda mövcud dəyişiklikləri doğru qiymətləndirmir, qiymətləndirmək də istəmir”
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3938
