Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Salam Mirzə Xəzər bəy!

Mirzə Xəzər 28 Mar 2009

no comments

Salam Mirzə Xəzər bəy! Siz sağ olun ki, indi də, bu xalqın qeydinə qalırsınız. Necə ki, saytınızda bunu yazıb sizə bildiriblər. Rəbbimiz sizin köməyiniz olsun. Mənim bir kicik yazım var. Sizin saytda yerləşdirəcəyinizi ümid edib sizə yollayıram.


Sağ olun!

 

*******************************************************************************************

 

Ayaqqabıaltılarının hədəfi

 

 

Evdə nədənsə ürəyim çox sıxılırdı. Əlbəttə ki, bu sıxıntı birinci dəfə deyil idi ki, baş verirdi. Çox olub ki, evdə televizorun qarşısında oturub kanallardakı verilişlərə tamaşa edəndə ürəyim sıxılırdı. Düzünü desəm, mən “kanallardakı verilişlərə tamaşa edəndə” deyərkən onu nəzərdə tutmuram ki, heyran olmuşam bizim həmin kanallardakı verilişlərə, yox! Əsla! Bizim kanalların hər biri (əgər, gerçəkdən də, varsa, bir- iki yaxşı verilişi istisna edirəm qalan bütün verilişlər) lazımsız, əxlaqsız, mənəviyyatı zədələyən, abır-həyanı aradan apara insanlarla və həmin insanların apardığı şou proqramlarla boğaza kimi (bəlkə, boğazdan da, yuxarı) doludur. Kanallarda gedən xəbərlər də (az bir qismini nəzərə almasaq, qalan hər biri) yalan-palan hər nə gəldi danışır. Fikir vermisinizsə, kanallar “ERMƏNİSTANIN AZƏRBAYCANA TƏCAVÜZÜ”ndən də, danışır, ƏLİYEVLƏR AİLƏSİNİN SİYASƏTİNİ, REJİMİN QUDURĞANLIĞINI, İKİÜZLÜLÜYÜNÜ, FIRILDAĞÇILIĞINI, SAXTAKARLIĞINI da, tənqid etmir. Biri demir ki, Əliyevlər ailəsinə Azərbaycanın işğal altında olan əraziləri deyil, öz kresloları lazımdır, ona görə də, müharibə etmir. Nə isə... Bu barədə danışmağa dəyməz... Sadəcə, deyirəm bəlkə bu kanallar həya edib bir-iki yaxşı, baxmağadəyər verilişlər hazırlayıblarsa, oturub iştahla baxaq. Amma, hər dəfə əxlaqsızlığı təqdim edən kanallarda irəliyə bir addım olmadığını, əksinə, bu kanalların hər gün geriyə addım atdığını gördükdə əsəbləşib televizoru söndürüb çıxırdım bayıra. Bir dəfə də, ürəyim sıxıldı və evdən hirsli-hirsli çıxdım. Evimizin qarşısında dayanmışdım, yadımda qalmayıb yanımda kimsə var idi və ya yox idi, unutmuşam. Amma, yaxşı yadımdadır ki, gözlərimi yerə dikib sakitcə dayanmışdım ki, birdən gözüm yerdə ayaqlanmaqdan çirkaba bulaşmış bir qəzet parçasına sataşdı. Hər gələn və hər gedən bu qəzet parçasını ayaqlayıb keçirdi. Qəzetdə Heydər Əliyevin nəzərəçarpacaq dərəcədə böyük şəkili var idi. Hər gələn bu qəzeti ayaqlayıb keçirdi. İnanın ki, bir anlığa fikrimdən keçdi ki, gedib qəzeti götürüb bir kənara qoyum, nə də olsa, bu ölkənin prezidenti olub, indiki prezidentin atasıdır axı... Xarici bir nəfər görsə, nə deyər? Sonra isə, dayandım, fikrimdən daşındım. Dedim axı, nəyimə gərəkdir ki? Sonra yenə düşündüm: Özümü Heydər Əliyevin yerinə qoydum. Reallığa qalsa Heydər Əliyevin yerində indi oğlu İlham Əliyevdir və İlhamdan sonra da, onun nəsli bu yerə sahib çıxacaq. Amma, bir anlığa bunu təsəvvür etdim və dedim ki, əgər, mən Heydər Əliyevin yerində olsaydım və mənim şəkilim o qəzetdə olsaydı və camaat da, bu qəzeti tapdalayıb kəçsəydi, mənim xoşuma gələrdimi? Əlbəttə ki, yox! Yenidən fikrimdən keçdi ki, gedib qəzeti götürüb bir kənara qoyum! Amma, yenə daşındım. Öz-özümə dedim: Bəli, Əgər, Heydər Əliyevin yerində olsaydım və mən də, onun etdiyi kimi, xalqa divan tutsaydım, divan tutduğum xalqın nümyəndələri mənim şəklimi tapdalayıb keçsəydilər, yeri var idi və mənim heç də, acığım gəlməzdi. Təbiidir də... Son qərarım bu oldu ki, həmin qəzeti yerdən götürməyim, elə yerdə də, qalsın. Amma, qəzetdəki tapdalanan Heydər Əliyevə yazığım gəldiyi üçün, gedib həmin şəkli bir az da, mən tapdalamadım! Amma, tapdalayanlara mane də, olmadım. Yadıma İlham Əliyevin diktatorluq etməkdə özünə nümunə bildiyi zalım Səddam düşdü. Onun hakimiyyəti devrilərkən ölkədə ucaltdığı öz heykəllərinin də, devrildiyini, aşırıldığını yəqin ki, görmüsünüz əziz oxucular! Heykəllər aşarkən Səddamın əlindən bezən xalqın öz ayaqqablarının altı ilə onun- Səddamın heykəlinin baş hissəsini necə döyəclədiyini də, görmüsünüz! İraqlı jurnalistin ABŞ prezidenti Corc Buşa ayaqqabı atmasını da, görmüsünüz. İnanın ki, bizim ölkədə də, bir gün həmin anlar yaşanacaq...


Vicdani.
28.03.09.

Əvvəlki məqalə: Q. Səfərov: Qəlbi-mərizlər doludur (şeirlər)

Sonrakı məqalə: ABHaber: Türkiyə Ermənistanla sərhəddi aprel ayında aça bilər

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3936

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin