ABHaber: Türkiyə Ermənistanla sərhəddi aprel ayında aça bilər
AB-Türkiyə Xəbər Şəbəkəsinin (ABHaber, EU-Turkey News Network) bildirir ki, Avropa Birliyinin baş qərargahının yerləşdiyi Brüsseldə Türkiyənin Ermənistanla sərhəddi aprel ayında açacağından gizlində yox, artıq uca səslə danışırlar. ABHaber agentliyinin Avropa Komisiyasındakı Türkiyə dosyesi ilə məşğul olan bir yüksək vəzifəli məmurdan aldığı məlumata əsasən, Türkiyə-Ermənistan sərhəddinin ABŞ prezidenti Obamanın Ankara səfərindən sonra açılacağı qətiləşməkdədir. Brüsselə çatan xəbərə görə, Türkiyənin xarici işlər naziri Babacanın aprel ayının ortalarında Yerevana getməsi ehtimalı güclüdür. Brüsseldəki müşahidəçilər Türkiyənin Ermənistan ilə sərhədləri açmasının Türkiyə-Avropa Birliyi münasibətlərinə böyük bir "töhfə" olacağına diqqəti cəlb edirlər.
("Mirzə Xəzərin Səsi")
Əvvəlki məqalə: Salam Mirzə Xəzər bəy!
Sonrakı məqalə: ANKA: Almaniya Türkiyəni Ermənistanla sərhəddini açmağa çağırır
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3937
