Q. Səfərov: Qəlbi-mərizlər doludur (şeirlər)
Bu diyarda görəsən, əyri ya düzlər doludur?
Bilirəm, düzlər üçün, ölkədə bizlər doludur.
Düzü kim söyləyəcək, bizləyəcəklər onu tez,
Dəxi hər düz deyəni, bizləyən üzlər doludur.
Əyrilər əyrilərin təbliğ edir qeyrilərə,
Qeyrilər də, düşünür, qəlbi-təmizlər doludur.
Əyrilər düzləri sevməz ki, nə var, düzlüyü var,
Əyri insanlar üçün, əyri əzizlər doludur.
Əyrini əyri görən gözlərimiz azdı bizim,
Əyrini düz görəcək dəhrdə gözlər doludur.
Zəif insanlar üçün çoxdu ağardan gözünü,
Gücü bir ton olan üçün “gülərüz”lər doludur.
Vətənin sərvətini, nemətini çoxdu yeyən,
Bu səbəbdən ki, vətəndə acgözlər doludur.
Çıxıb öz xalqına ekranda yalanlar satanın,
Dilinə basmağa, yandırmağa közlər doludur.
Nə səbəbdən axı düzdən düzü öyrənməyirik,
Nə üçün əyri adamdan bizə izlər doludur.
Elə zənn eyləmə kim, çoxları sağlamdı fəqət,
Hamısın yoxla və gör, qəlbi-mərizlər doludur.
Q. Səfərov
Əvvəlki məqalə: Türkiyə Böyük Birlik Partiyasının Baş Katibi mərhum Möhsin Yazıçıoğlu martın 31-də Ankarada dəfn ediləcək
Sonrakı məqalə: Salam Mirzə Xəzər bəy!
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3934