Norveç Helsinki Komitəsi yaydığı bəyanatda 18 mart referendumunu kəskin tənqid atəşinə tutub
Norveç Helsinki Komitəsinin martın 19-da yaydığı bəyanatda deyilir ki, 18 mart referendumu seçicilərin və konstitusiyaya düzəlişlərə qarşı çıxan bütün vətəndaşların qorxudulması şəraitində keçirilmişdir. Norveç Helsinki Komitəsi təzyiqlərə və gözümçıxdıya salınmış bir sıra şahidin ifadələrini dinləmişdir. Komitənin fikrincə, referenduma lazımınca hazırlıq işləri aparılmamış və təklif edilən düzəlişlərin mahiyyəti ictimaiyyətə kifayət qədər izah edilməmişdir. Komitə qeyd edir ki, prezidentin iki dəfədən artıq seçilməsini qadağan edən maddənin ləğv edilməsi ən böyük təşviş mənbəyidir. Çünki, bu maddənin ləğv edilməsi həddən artıq hakimiyyətin bir nəfərin əlində cəmləşməsinə gətirib çıxardır. Avropada belə vəziyyət yalnız Belarusda mövcuddur və bu səbəbdən Belarus çox vaxt Avropanın sonuncu diktaturası adlandırılır.
Norveç Helsinki Komitəsinin yaydığı bəyanatın tam mətnini burada oxuya bilərsiniz: http://en.mirzexezerinsesi.net/articles/2009/03/19/norvegian-helsinki-committee-referendum-in-an-atmosphere-of-intimidation-and-fear
Əvvəlki məqalə: “Kökə” siyasəti və ya sən saydığını say...
Sonrakı məqalə: Məqalələrini elektron variantda yığdırmaq istəyənlərin nəzərinə!
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3914

