Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Məcburi köçkünlər qeydiyyatda olmadıqları məntəqədə səs verməkdən imtina ediblər

Mirzə Xəzər 18 Mar 2009

no comments

sesverme

“AZAD və ƏDALƏTLİ SEÇKİLƏR UĞRUNDA” ƏLAQƏÇİ MƏŞVƏRƏT ŞURASININ MƏLUMATI
2009-03-18 - 15:08:00

“Azad və Ədalətli Seçkilər Uğrunda” Əlaqəçi Məşvərət Şurası referendumun gedişi ilə bağlı press-reliz yayıb.

Məlumatda deyilir: “93 saylı Bərdə şəhər seçki dairəsinin poliklinikada yerləşən məntəqəsinin nümayəndələri 105 saylı peşə məktəbində məskunlaşan məcburi köçkünləri seçkiyə aparmaq məqsədilə avtobusla həmin əraziyə gəliblər. Məcburi köçkünlər siyahıda adlarının olmadığını əsas gətirərək seçkiyə getmək istəməyiblər. Məntəqə üzvləri bunun önəmli olmadığını, seçkilərdə iştirakın vacib olduğunu desələr də, məcburi köçkünlər qeydiyyatda olmadıqları məntəqədə səs verməkdən imtina ediblər.

“Azad və Ədalətli Seçkilər Uğrunda” Əlaqəçi Məşvərət Şurasının Bərdə bürosu 94 saylı DSK-nın 39 saylı məntəqəsi ərazisində sorğu keçirib. Sorğuda 60 nəfər müxtəlif peşə sahibləri iştirak edib və onlar səsvermədə iştirak etmək istəmədiklərini bildiriblər.

Masallı bürosundan daxil olan məlumata görə, rayonda referendumun keçirilməsi hiss olunmur. Əhali səsverməyə getmır. Yalnız büdcədən maliyyələşən şəxslər məcburi halda məntəqələrə gətirilir.

Şirvan bürosundan verilən məlumata görə, saat 11.00-da əhalinin təxminən 4-6 faizi arasında aktivlik müşahidə olunub. Əsasən büdcə təşkilatlarında çalışanlar səsvermədə iştirak edir”.

«Media forum»

http://www.mediaforum.az/articles.php?lang=az&page=00&article_id=20090318030658176

Əvvəlki məqalə: 18 mart referendumu son 15 ildə keçirilən seçkilərdən heç nə ilə fərqlənmir

Sonrakı məqalə: Mirzə Sakit amnistiyaya düşüb

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3905

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin