18 mart referendumu son 15 ildə keçirilən seçkilərdən heç nə ilə fərqlənmir
SƏSVERMƏDƏ TOTAL POZUNTULAR
Bu gün seçki məntəqələrinin açılması ilə ümumxalq səsverməsində yol verilən çoxsayli pozuntularla bağlı xəbərlərin daxil olmasının arası cəmi 10-15 dəqiqə çəkdi. Hazırda əlimizdə müvafiq xəbərləri daşıyan xeyli faks var. Onların çoxu “Qarabağ və Respublika Uğrunda Hərəkat” və “Respublikaçılar” təşviqat qruplarından daxil olub.
Xəbər verilir ki, 17 saylı Yasamal üçüncü seçki dairəsinin 29 və 30 saylı seçki məntəqələrində seçki bülletenləri müşahidəçilərin müşahidəsi altında sayılmayıb. Bunu tələb edən müşahidəçi Murad Kərimov MnSK sədri tərəfindən qovulmaqla hədələnib.
Eyni hal 118 saylı Ağdam şəhər seçki dairəsinin 44 saylı məntəqəsində də baş verib.
Ümumilikdə müşahidə olunan seçki pozuntuları bir adama bir neçə bülleten verilməsindən, ənənəvi “karusel əməliyyatı” təşkil olunmasından, müşahidəçilərə təzyq göstərilməsindən, məntəqədə müşahidəçi mandatı olmayan məmirların “prosesə nəzarət etməsi”ndən ibartədir.
Bununla yanaşı 23 saylı Nəsimi-Səbail SD-nin 4, 5, 6, 7 saylı, 125 saylı Zəngilan-Qubadlı SD-nin 35 və 36 saylı, 42 saylı Sumqayıt kənd SD-nin 27 saylı, 64 saylı Sabirabad ikinci SD-nin 26 saylı məntəqələri qanun pozuntularına yol verməkdə “fərqləniblər”.
82 saylı Ağcabədi SD-nin 3 saylı məntəqəsində isə rayon maliyyə idarəsinin Xosrov adlı işçisi və onun Yaqub adlı köməkçisi, su-artezian idarəsinin mühasibi Tofiq və başqaları seçki məntəqəsində “şəffaf”lığa nəzarət edirlər.
33 saylı Xətai birinici SD-nin əksər seçki məntəqələri, 16 saylı Yasamal ikinci SD-nin 11 saylı, 71 saylı Masallı kənd SD-nin 2 saylı, 25 saylı Nizami ikinci SD-nin 26 saylı məntəqələrində artıq kvorum səddi aşılmaqdadır – 10-15 nəfərin seçki qutusuna topa-topa bülleten atması hesabına.
Bir sözlə, xəbərlərdən görünür ki, heç nə dəyişməyib. 1993, 1995, 1998, 2000, 2002, 2003, 2005, 2008-ci illərdə keçirilən seçki prosesi necəydisə, indi də elədir - nə artıq, nə əskik.
musavat.com
Əvvəlki məqalə: Mirzə Xəzər: 18 mart referendumu – demokratiyanın məğlubiyyəti, avtoritarizmin qələbəsi
Sonrakı məqalə: Məcburi köçkünlər qeydiyyatda olmadıqları məntəqədə səs verməkdən imtina ediblər
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3904
