Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

İranda soydaşımız edam edildi

Mirzə Xəzər 01 Mar 2009

no comments



Dünən səhər saatlarında İranın Urmiya həbsxanasında bir soydaşımız edam edilib. Güney Azərbaycan İstiqlal Partiyasının Xəbər Mərkəzindən lent.az-a verilən məlumata görə, Mehdi Qasımzadə adlı bu şəxs Quşaçay bölgəsindəki Üçtəpə kəndində İran hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərməkdə ittiham olunaraq, həbs edilib.


Onun polisə müqavimət göstərməsinə səbəb hüquq-mühafizə orqanları əməkdaşlarının onların yaşadığı əraziyə kobud müdaxilə etməsi olub.


Onun barəsində edam qərarı çıxarılıb və dünən M. Qasımzadə həbsxanada asılaraq edam edilib.


Hələlik M. Qasımzadənin cənazəsi ailəsinə verilməyib. Ailə üzvlərinə cənazənin Xomeyni adına xəstəxanaya göndərildiyi bildirilib. Xəstəxanadan isə cənazənin ETTELAAT məmurlarına təhvil verildiyini deyiblər.


M. Qasımzadə ilə birlikdə həbs edilən Səhənd Əli Məhəmmədi, Baxşəli Məhəmmədi, İbadulla Qasımzadə və Yunus Ağayan isə onlar üçün çıxarılmış edam cəzasının icra ediləcəyi günü gözləyirlər. Onlar M. Qasımzadənin edam edilməsindən sonra aclıq aksiyasına başlayıblar.

LENT.AZ


Əvvəlki məqalə: DAK Azərbaycanın daxili işlərinə müdaxilə etmədiyini bildirir

Sonrakı məqalə: Məlahət Ağacanqızı: 2005 -ci il 2 MART-QEYRƏTLİ JURNALİST ELMAR HÜSEYNOV QƏTLƏ YETİRİLDİ...

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3882

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin