DAK Azərbaycanın daxili işlərinə müdaxilə etmədiyini bildirir
“DAK dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları birləşdirən diaspor təşkilatı kimi fəaliyyət göstərir və Azərbaycanın daxili işlərinə müdaxilə etmir”
Image Son günlər bəzi internet saytlarında, mətbu orqanlarda Dünya Azərbaycanlıları Konqresinin (DAK) İdarə Heyətinin adından 18 mart 2009-ci il tarixində Azərbaycan Konstitusiyası na ediləcək əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referendumla əlaqədar bəzi mülahizələr yer alıb. DAK olaraq, bu mülahizələrin qurumla heç bir əlaqəsi olmadığını bildirir və DAK İdarə Heyəti adından yayılan bəyanatın konqresin gündən-günə güclənməsindən qorxuya düşmüş qüvvələrin növbəti oyunlardan biri olduğunu bəyan edirik. Çünki DAK dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları birləşdirən diaspor təşkilatı kimi fəaliyyət göstərir və Azərbaycanın daxili işlərinə müdaxilə etmir. Konqres fəaliyyətini qarşısında qoyduğu məsələlərin – Güney Azərbaycanda yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi, Qarabağ problemi və Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində qurub. Son günlər bəzi internet saytlarında, mətbu orqanlarda yer alan məlumatlar DAK-ın özfəaliyyət istiqamətlərindən sapması görüntüsünü yaratmaq və təşkilatın fəaliyyətini kölgə altında qoymağa hesablanıb. DAK həmsədrləri, DAK Daimi Şurası, İdarə Heyəti və digər strukturları səsləndirilən fikirlərin təşkilata heç bir aidiyyatı olmadığını bir daha vurğulayır və ümidvar olduğunu bildirir ki, Azərbaycan xalqı martın 18-də keçiriləcək referendumda öz fikrini sərbəst şəkildə bəyan edəcək.
DAK həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərviznia
DAK Daimi Şurasının sədri Əjdər Tağızadə
DAK İdarə Heyətinin üzvləri və fəalları!
Əvvəlki məqalə: Avropa Şurası və Isveç Parlamentindən Azərbaycan Respublikasında monarxiya qurmaq təşəbbüslərinə qarşı dəstək istənildi
Sonrakı məqalə: İranda soydaşımız edam edildi
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3881