Nardaran sakinləri Konstitusiya Məhkəməsinə müraciət edəcəklər
Fevralın 27-də Nardaran sakinlərindən bir qrup mətbuat konfransı keçirib.
Lent.az-ın məlumatına görə, tədbirdə Nardaran sakinlərinin nümayəndəsi Rasim Ağayev çıxış edərək, 30 hektar ərazinin Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı keçmiş səfiri Stenli Eskuderoya satılmasını qanunsuz adlandırıb. Onun sözlərinə görə, sakinlər bununla bağlı Konstitusiya Məhkəməsinə müraciət ediblər.
Tədbirdə iştirak edən Bakı Dirçəliş İctimai Birliyinin rəhbəri Abbasağa Məmmədov da Nardaran sakinlərinin fikri ilə razı olduğunu deyib: “Yaxın vaxtlarda Bakı ətrafı kəndlərdəki şəraiti xarici təşkilatlara göstərib, yardım istəyəcəklər. Necə ki, Qarabağ qaçqınlarının vəziyyətini göstərib, yardım alırdılar. Azərbaycanda torpaqlar xarici vətəndaşlara satılır, yerli əhali isə ev tikməyə yer tapmır”.
Konfransda Rasim Ağayev tanınmış azərbaycanlı iş adamı Araz Ağalarovun Nardaranda torpaq sahəsi alaraq turizm sahəsini inkişaf etdirməsini deyib: “Nardaranda Araz Ağalarov torpaq alarkən əhali ilə halallaşıb. Orada turizm mərkəzləri açır. Bu bizim üçün də xeyirlidir. Çünki yeni iş yerləri yaranacaq. Biz Araz Ağalarovdan razıyıq. O, qanunla iş görür”.
Nardaran sakinlərinin nümayəndəsi kənddə bələdiyyənin olmamasını mənfi hal kimi qiymətləndirərək, bunun torpaqların qanunsuz satılmasına səbəb olduğunu söyləyib: “Biz tələb edirik ki, Nardaranda da bələdiyyə seçkiləri keçirilsin, kəndin bələdiyyəsi olsun”.
Şəhriyar Əlizadə
Əvvəlki məqalə: Martın 2-də - “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin 4-cü ili tamamlanır
Sonrakı məqalə: Avropa Şurası və Isveç Parlamentindən Azərbaycan Respublikasında monarxiya qurmaq təşəbbüslərinə qarşı dəstək istənildi
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3879
