Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Martın 2-də - “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin 4-cü ili tamamlanır

Mirzə Xəzər 27 Fev 2009

no comments

elmar%2011
Elmar Hüseynov

Həmin gün mərhum jurnalistin İkinci Fəxri xiyabandakı məzarı ziyarət olunacaq. Bunu “Media forum” saytına “Qanun” jurnalının baş redaktoru, Elmar Hüseynov Fondunun həmtəsisçisi Şahbaz Xuduoğlu deyib.

Onun sözlərinə görə, həmkarları və yaxınları gələn bazar ertəsi saat 16-da E.Hüseynovun qəbrini ziyarət edəcəklər. Hər hansı başqa tədbir planlaşdırılmayıb.

E.Hüseynov 2005-ci il martın 2-də Bakıda, yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib. İstintaq işini Milli Təhlükəsizlik Nazirliyi araşdırır. Azərbaycanın hüquq-mühafizə orqanları qətldə şübhəli bilinən şəxslərdən ikisinin adını açıqlayıb: Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir Xubanov. İndiyədək onlar tapılmayıb.

Ölümündən sonra Azərbaycanda Elmar Hüseynovun adını daşıyan ictimai qurum - fond yaradılıb. Fondun rəhbəri mərhum jurnalistin xanımı Ruşaniyə Hüseynovadır. Ruşaniyə Hüseynova 2006-cı ilin sonlarında oğlu Aslanla birgə Norveçə mühacirət edib.

«Media forum»

Əvvəlki məqalə: Məlahət Ağacanqızı: QARIŞIQ DÜŞƏN YERLƏRİN FACİƏSİ

Sonrakı məqalə: Nardaran sakinləri Konstitusiya Məhkəməsinə müraciət edəcəklər

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3878

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin