DAY.AZ VƏ TODAY.AZ HAKİMİYYƏTİN NƏZARƏTİNƏ KEÇDİ
Keçmiş MTN-çi saytların rəhbəri oldu
day.az-ın yeni rəhbəri - sabiq MTN-çi, Fərhad Əliyevin keçmiş müşaviri, DİP Siyasi Şurasının üzvü...
Bu informasiyanın ən diqqətçəkən tərəfi isə saytın yeni redaktorunun kimliyidir. Xatırladaq ki, İlqar Hüseynov 2004-cü ildən “Trend”in direktorudur. O, Demokratik İslahatlar Partiyası (DİP) Siyasi Şurasının üzvüdür. Dosyesi ilə tanışmaq olmaq istəyənlər üçün:
1962-ci il noyabrın 3-də Bakıda anadan olub. 109 saylı məktəbi bitirib. Moskva Aviasiya İnstitutunun iqtisad fakültəsində əyani təhsil alıb. 1986-88-ci illərdə Neftayırma Zavodunun komsomol təşkilatının katibi vəzifəsində çalışıb. 1988-2000-ci illərdə milli təhlükəsizlik orqanlarında qulluq edib. 2000-2004-cü illərdə iqtisadi inkişaf nazirinin müşaviri vəzifəsində çalışıb. 2004-cü ildən “Trend” analitik-informasiya agentliyinin direktorudur.
Dosyesi kifayət qədər ilginc məlumatlarla zəngin olan İ.Hüseynovun “Trend”dəki fəaliyyəti ilə bağlı redaksiyamıza çoxsaylı məlumat daxil olub. Məlumatlara görə, İ.Hüseynov agentliyin fəaliyyəti ilə sıx maraqlanmır. Yəni gündəlik planlaşdırmalarda iştirak etməyən direktor əsasən redaktorlar və şöbə müdirləri ilə məsləhətləşmələr keçirir. İşinə çox dəqiq və həssas yanaşan İ.Hüseynovun jurnalistlərlə təması nadir hallarda olur. O, hətta saytda və ya bülletendəki hansısa səhvə görə jurnalistləri yox, redaktorları,
rəhbərlikdə olan şəxsləri məsul sayır.
Bu arada zəruri bir qeyd olaraq onu da bildirək ki, “Trend”in İ.Hüseynovdan öncəki rəhbəri İnqilab Əhmədov da DİP Siyasi Şurasının üzvüdür. Yəni hər iki direktorun eyni partiyanın rəhbərliyində təmsil olunması təsadüf sayıla bilməz.
Sevinc TELMANQIZI ("Yeni Musavat" qəzeti)
Əvvəlki məqalə: Xocalı faciəsinin 17-cı ildönümü tamam olur
Sonrakı məqalə: Məlahət Ağacanqızı: QARIŞIQ DÜŞƏN YERLƏRİN FACİƏSİ
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3876
