Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Məlahət Ağacanqızı: HƏR GÜN BİR TİKƏ BASDIRIN MƏNİ...(şeirlər)

Mirzə Xəzər 17 Fev 2009

no comments

melahet2

Məlahət Ağacanqızı

 

 

 

 

 

 

Dünyaya gəlmək istəmirdim-
Böyük-böyük əllər
Dartıb dünyaya gətirdi məni...
Mən gəlmək istəmirdim-
Atam –anam zorla dünyaya gətirdi məni.
Dünyadan getmək istəyirəm,-
Amma indi də
kiçik-kiçik əllər yapışıb ətəyimdən
zorla saxlayır məni...

 

***

 

Məni bütöv öldürməyə
Bir kimsənin GÜCü yox-
Hər gün bir tikə öldürün məni!
Məni bütöv basdırmağa
YER də yox-
Hər gün bir tikə basdırın məni!

 

***

 

Adından,papağından
Kişiyə oxşatdım Səni.
Adımdan,yaylığımdan
Qadına oxşatdın Məni.
Zaman keçdi,
Məlum oldu-
Papaq altda arvadlar var
Xəbərim yox.
Yaylıq altda kişilər var,
Xəbərin yox.

 

***

 

Sən məni bu dünyada
Elə incitdin-
Vəd etdiyin CƏNNƏT
düşdü gözümdən.
Sən məni bu dünyada
Elə incitdin-
O dünyada görüşmək
Əsl CƏHƏNNƏM!

 

***

 

Qəfil gedəcəyəm Sənin ömründən,
Qəfil itəcəyəm Sənin gözündən.
Deyən deyiləm
hansı gün,nə vaxt.
Desəm-göz yaşın,
qəm dolu baxışın
Getdiyim yerə
məndən qabaq çatacaq...

 


***

 


Dünyanın bir başında Sən,
Bir başında Anam.
Ürəyimin bir başında Sən,
Bir başında Anam.
Anamı tək ,ağlar qoyub –
Yanına gələ bilmərəm.
Dayanıb DÜNYANIN ortasında
Sənin,Mənim vəAnamın
Göz yaşlarını
ürəyimin içinə yığıram...

 

***

 

O qədər başımı qatıb qayğılar-
Bilmirəm QADINam,
Yoxsa KİŞİyəm.
O qədər canımı sıxır ağrılar-
Bilmirəm ÖLÜyəm,
Yoxsa DİRİyəm.
Bəzən mənə elə gəlir-
Evdə yatmısan.
Bəzən elə gəlir-
AYA getmisən.
O qədər məni yorur qayğılar-
Səni düşünməyə heç vaxtım olmur.
O qədər yadından çıxıb qayğılar-
Sənin darıxmağa vaxtın da olur...

 

 

 

 

Əvvəlki məqalə: VHP Gənclər Təşkilatı Bakı şəhər İcra Hakimiyyətinə və İranın "Səhər" kanalına etiraz edir

Sonrakı məqalə: "Biz Əbu Bəkr məscidinin açılması üçün qanun çərçivəsində sona qədər mübarizə aparacağıq"

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3865

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin