Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

VHP Gənclər Təşkilatı Bakı şəhər İcra Hakimiyyətinə və İranın "Səhər" kanalına etiraz edir

Mirzə Xəzər 15 Fev 2009

no comments

Azərbaycan dövlətçiliyinə zidd olan və ölkə ziyalılarını təhqir edən İran İslam Respublikasının «Səhər» kanalına etiraz əlaməti olaraq VHP Gənclər Təşkilatı fevralın 17-də, saat 14:00-a İİR ölkəmizdəki səfirliyi qarşısında piket keçirmək qərarı vermiş və bu barədə qanunauyğun olaraq Bakı şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubunu göndərmişdi.

Bu gün Bakı şəhər İcra Hakimiyyəti ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanovun imzası ilə xəbərdarlıq məktubuna cavab verilmişdir. Cavabda bildirilir:

«Bildiririk ki, məktubda qaldırdığınız məsələ ilə bağlı aksiya keçirmək deyil, mövqeyinizi sivil qaydada kütləvi informasiya vasitələri ilə bildirməniz daha faydalı olardı. Bu səbəbdən, planlaşdırdığınız piketin keçirilməsi məqsədəuyğun hesab edilmir».

Hər şeydən öncə, öz dəyərli tövsiyyəsini bizdən əsirgəməyən Zaur Ramazanova təşəkkürlərimizi bildirməklə, hörmətli şöbə müdirinin nəzərinə çatdırmaq istərdik ki, onun VHP Siyasi Şurasının üzvü olduğunu bilmirdik. Xatırladırıq ki, VHP Gənclər Təşkilatına tövsiyyə xarakterli müraciət etmək səlahiyyəti Nizamnaməyə əsasən yalnız VHP Siyasi Şurasına aiddir.

İkincisi, piket nə vaxtdan «antisivil qayda» hesab olunur ki, Zaur Ramazanov mövqeyimizi sivil qaydada bildirməmiz üçün mətbuatı məsləhət bilir.

Üçüncüsü, deyəsən, Azərbaycan dövlətçiliyinin təhqir edilməsi, milli təhlükəsizliklə bağlı məsələ Bakı şəhər İcra Hakimiyyətini qətiyyən qayğılandırmır. Belə olmasaydı, İİR-nın «Səhər» kanalında Azərbaycanın Cənub bölgəsinin «tarixi İran torpaqları» olmasıyla bağlı aparılan təbliğata, bir neçə rayonda bəslədikləri adamlar vasitəsilə kanala zəng etdirib «biz İranın tərkibinə qatılmaq istəyirik» kimi torpaq iddiasına və Azərbaycan vətəndaşlarının dövlətə qarşı çıxması yönündə aparılan təşviqata reaksiya verər, ölkə ziyalılarının, dövlət və ictimai xadimlərin təhqir olunmasına etiraz edilməsinə qarşı çıxmazdılar.

Dördüncüsü, «Səhər» kanalının az qala müdafiəçisi qismində çıxış edən Bakı şəhər İcra Hakimiyyəti heç onu da nəzərə almaq istəmir ki, bu kanalda Azərbaycan ziyalılarıyla yanaşı, ölkə prezidenti İlham Əliyev də təhqir olunur.

VHP Gənclər Təşkilatı olaraq bəyan edirik ki, Bakı şəhər İcra Hakimiyyətinin bu məktubu Konstitusiyaya və Azərbaycan Respublikasının qanunlarına ziddir. Biz Konstitusiyanı rəhbər tutaraq, Bakı şəhər İcra Hakimiyyətinə aksiya barədə xəbərdarlıq məktubu göndərmişik – meriyanın aksiyaya icazə verməmək hüququ yoxdur.

Əvvəlki məqalə: Elbəyi HƏSƏNLİ: BƏXTİYAR VAHABZADƏNİN VƏSİYYƏTİ

Sonrakı məqalə: Məlahət Ağacanqızı: HƏR GÜN BİR TİKƏ BASDIRIN MƏNİ...(şeirlər)

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3864

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin