Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

RAİL RZAYEV AZƏRBAYCAN MÜSTƏQİLLİK QAZANDIQDAN SONRA QƏTLƏ YETİRİLƏN DÖRDÜNCÜ AZƏRBAYCAN GENERALIDIR (Öldürülən generallar)

Mirzə Xəzər 11 Fev 2009

1 comment


2009-02-11 - 16:11:00

«Media forum» saytının hesablamasına görə, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı Rail Rzayev Azərbaycan müstəqillik qazandıqdan sonra öldürülən dördüncü Azərbaycan generalıdır.

1991-ci il oktyabrın 18-dən – Azərbaycan müstəqil dövlət elan olunandan sonra öldürülən ilk generallar Azərbaycanın baş prokuroru İsmət Qayıbov və polis generalı Məhəmməd Əsədov olublar.

Hər iki general 1991-ci il noyabrın 20-də Dağlıq Qarabağda – Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında vurulan vertolyotda həlak olublar.

Həmin terrorda həlak olanlar arasında rusiyalı generallar Mixail Lukaşov, Nikolay Jinkin, qazaxıstanlı general Sanlal Serikov da vardı.

Azərbaycanda daha bir general qətli 1993-cü il aprelin 23-də baş verib. Həmin gün Bakı Ali Hərbi Dənizçilik Məktəbinin sabiq direktoru, kontr-admiral Eduard Hüseynov yaşadığı binanın önündə qətlə yetirilib.


«Media forum»

Əvvəlki məqalə: Məlahət Ağacanqızı: MÜSƏLMAN KİŞİLƏRİNİN EKSTAZ ANLARI...

Sonrakı məqalə: EYNULLA FƏTULLAYEVLƏ BAĞLI ŞİKAYƏT TƏMİN OLUNMAYIB

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3855

Şərhlər

(Cavab formasına keç)

  1. Evez Qurbanli 1192 gün bundan əvvəl dedi

    Iri fiqurlarin aradan goturulmesi tebii ki, kicik fiqurlar terefinden heyata kecirilmir…

Fikrinizi bildirin