Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Məlahət Ağacanqızı: MÜSƏLMAN KİŞİLƏRİNİN EKSTAZ ANLARI...

Mirzə Xəzər 07 Fev 2009

no comments

melahet2

Məlahət Ağacanqızı

 

 

 

 

 

 

Müsəlman kişilərinin oğlu olanda sevindiyindən hoppanıb - düşdüyünü, doğum evinin qapısında mayallaq aşdığını çox görmüşəm.
Müsəlman kişilərinin xoruz, it əlləşdirməkdən ekstaza gəlib qəribə səslər çıxarmağının da şahidi olmuşam. Amma SMS yarışması ilə qalib gələn Manaf Ağayevin TOYLAR KRALI olmasına görə 80 yaşlı müsəlman kişinin sevindiyindən havaya hoppanmasının səbəbini, istedadlı jurnalist Zamin Hacının ( Yeni Müsavat-“Antarktidanın kralı”) köşə yazısından öyrəndim. Maraqlıdır, bəs niyə hörmətli jurnalist Samir Sarının qəhrəmanı Musa əmi (Yeni Müsavat-“Musa əminin İran səfəri”) dörd arvadı olan kişilərin dərdini çəkir?

 

 


Musa əmi dörd arvadın öhdəsindən gəlməyi bacaran müsəlman kişilərinin SİRRİNİ öyrənmək üçün İrana gedib, ”əliboş” qayıdır. Zamin Hacı ZIRPI fakt yazıb, qoyub ortalığa,dəyər verən yoxdur. Musa əmi,insafınız olsun! İrana getməyin, Zamin bəyin köşəsini oxuyun,”sirrlər” dən agah olun.
80 yaşlı müsəlman kişisi SMSdən cuşa gəlib, “Toylar Kralı”üçün
havaya hoppanırsa, demək özünə tezliklə TOY edəcək. Və toyuna “KRALI” gətirəcək. Mübarək olsun! Xoşbəxt olsunlar!

 

 

 

Müsəlman kişiləri aşıb-daşan enerjilərini ya arvada, ya da SMS-ə verəndə qürur hissi keçirdirlər. Müsəlman qadınlarının şüarı: Ərimin müsəlman olması ilə fəxr edirəm!
Bir dəfə dəyərli Asif Ata görüşlərinin birində dedi: ”Ərəb xəlifələrinin arvadları , ”ƏR qəbuluna” düşmək üçün illərlə növbə gözləyirlər...”
Yazıq Musa əmi!Ola bilsin iş-güc ,qayğıların əlindən başı elə qarışıb ki, zifaf gecəsindən sonra yeganə arvadına “baş çəkməyib”.İrana gedəndə, dörd arvadlı kişiləri görəndə ya qıdığı gəlib,ya da tükləri biz-biz olub.İrana getməkdən vaz keçən Musa əmi,yəqin ki, ya “QIDIQ” xəstəliyindən,ya da biz-biz olan tüklərinin dərdindən arvadından uzaq gəzir...
Bizim bir qohum var.Arvadı rəhmətə gedəndən sonra oğlanlarını, nəvələrini, nəticələrini yığıb elan etdi:”Mən evlənmək istəyirəm!”.Ailə cınqırını çıxartmadan ona 37 yaşlı bir qadını ona “gəlin” gətirdi. 78 yaşlı “bəy” buz baltası kimidir.Yay-qış dənizdə çimib,bədənini möhkəmləndirir.Formada qalmaq üçün min hoqqadan çıxır. 37 yaşlı arvadı ayaqlarını sürüyə-sürüyə gəzir,o isə toylarda cavan qızlarla “lezqinka” oynayır .Bir xeyli oğul-uşağı olan “təzə bəy” istəyir “təzə gəlin”ona övlad bəxş etsin.Gəlin də ayaqlarını sürüyə-sürüyə müalicə olunur.

 

 

 

Müsəlman kişilərinin başı , oğul əkməyə,xoruz,it əlləşdirməyə,dörd arvadın sığalı altında mürgüləməyə, “TOYLAR KRALI” seçmək üçün SMS yazmağa necə qarışıbsa -yurdlarına atılan bombalardan,raketlərdən xəbərləri yoxdur...
Küt,avam ,qorxaq,arvadbaz milyonlarla insanı -bir İNSAN, ağılı,savadı, cəsurluğu ilə qarşısında diz çökdürər.Arvadlarının,SMS-in sayının çoxluğu ilə öyünən millət-BÖYÜK MİLLƏT deyil ! MİLLƏT-ağıllı,savadlı, qeyrətli, namuslu,vicdanlı...ÖVLADLARı ilə MİLLƏTDİR!
ATA dünyaya gələn oğluna elmi, oxumağı sevdirə bilmirsə -demək VƏTƏNİ də sevdirə bilməz.VƏTƏNİ sevməyən oğul-VƏTƏNİ qoruya bilməz!VƏTƏNİ sevməyən,qorumayan oğulun əlləşən İTi,XORUZu qalib gələndə,qonşusu SMS –lə “KRAL” olanda, şadlığının kəllə-çarxından havaya hoppanar.

 

 

 


Dünyaya oğul gətirmək qəhrəmanlıq deyil!Qəhrəmanlıq –haqqı əzilənVƏTƏNİ və VƏTƏN övladlarını qorumaqdır.

 

 

 


KİŞİLİK- dörd arvad almaq,neçəsini siğə etmək,neçəsi ilə gəzib-dolanmaq deyil!KİŞİLİK- uçurumun kənarında olan, əxlaq sərhədlərini vurub keçən qadınları-qızları XİLAS etməkdir.
KİŞİLİK – qurşaqdan aşağı sayılmır, KİŞİLIK - qurşaqdan yuxarı sayılır.

 

 

 

Toyların,şənliklərin KRALı olmur! Yasları, dərdləri azaldanlar, müharibədə udanlar, böyük əraziləri olanlar - KRALdır!
Xoruz banlaması,it boğuşması, arvad ah-naləsi, söyüşü, SMS zənginin SƏSİ çox olan məmləkətdə - ÇAQQALLAR ulayar.

 

 


20 il öncə yazdığım “Kimə OĞUL deyim?!” şerimi bu gün də ürək ağrısı ilə söyləməyim, qeyrətli OĞULLARIN azlığı səbəbindəndir.

 

 

 

Hər ERKƏK-
dodağımdakı təbəssümü
kəndir kimi uzun görmək istəyir.
Dodağımdakı təbəssümü
Görmək üçün-
VƏDİ elçi gətirirlər ömrümə.
Dodağımdakı təbəssümə -
DÜNYANI,
AYI,
DƏNİZİ verirlər.
İstəklərinə “YOX!” deyəndə,-
Dağıdırlar içimdə qurduğum
saf DÜNYANI,
Ləkələyirlər könlümdəki
Ayı,DƏNİZİ...
Hər ERKƏK-
Dodağımdakı təbəssümü
ÖZÜNÜN etmək istəyir.
Bəs kimə-OĞUL deyim?!
Bəs kimə-İGİD deyim?!
Bəs kimə-DƏRDİM deyim?!

Əvvəlki məqalə: Gəncədə toqquşma, haqqını tələb edən camaata zor tətbiq edilib

Sonrakı məqalə: RAİL RZAYEV AZƏRBAYCAN MÜSTƏQİLLİK QAZANDIQDAN SONRA QƏTLƏ YETİRİLƏN DÖRDÜNCÜ AZƏRBAYCAN GENERALIDIR (Öldürülən generallar)

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3854

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin