Demokratik qüvvələr ulu öndər Rəsulzadənin 125 illik yubileyini onun ata yurdunda qeyd etdilər
NOVXANIDA BÖYÜK ANIM GÜNÜ
Bu gün ölkənini demokratik qüvvələri Novxanı kəndinə gedərək, 125 il əvvəl bu kənddə doğulmuş ulu öndər, dövlət müstəqiııiyimizin banisi, Azərbaycan Respublikasının qurucusu, böyük Məhəmməd Əmin Rəsulzadənin doğum gününü qeyd ediblər.
Əməkdaşımızın verdiyi məlumata görə, böyük fikir və siyasət adamının abidəsi önündə keçirilən aksiyaya 1000-dən artıq adam qatılıb. Tədbirdə ölkə siyasətçilərindən ALP lideri Lalə Şövkət, Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, “Ümid” partiyasını sədri İqbal Ağazadə, ADP sədri Sərdar Cəlaloğlu, VİP sədri Əli Əliyev, “Müsavat” deputat qrupunun üzvləri Pənah Hüseyn, Arzu Səmədbəyli, İkram İsrafil, həmçinin milli-azadlıq hərəkatının fəalları, Novxanı camaaatının nümayəndələri iştirak ediblər.
Mitinqdə çıxış edən siyasi liderlər ulu öndərin həyat və yaradıcılığı, şanlı mübarizəsi, ədəbi irsi, keşməkeşli həyat yolu barədə dolğun çıxış edib, Rəsulzadənin tarixi xidmətlərindən söz açıblar.
musavat.co
Əvvəlki məqalə: Məlahət Ağacanqızı: QIRX TUMAN GEYİNƏN QANUNLARIN GÖRÜNƏN AYIBI
Sonrakı məqalə: Məlahət Ağacanqızı: ANA AZƏRBAYCAN və PİŞİK ERMƏNİSTAN nağılı
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3846
