Rusiyanın mənfur maraqları
Artıq Rusiya anti Ukrayna siyasəti ilə dünyada öz nüfuzunu tamamilə xərcləyib qurtardı. Öz inamını sıfıra endirməklə çoxdan gündəmdə olan NABUCCO kəmərinin reallaşmasını gücləndirdi. Rusiya həmişə atdığı qərəzli addımların sonunda özü məğlub olmaqla bərabər ikinci zərbəni də özünə vurur. Gürcüstanda və Ukraynada bu addım bumeranq kimi özünə qayıtdı. Artıq Avropa və dünya dərk etdi ki, nəinki neft, hətta digər strateji layihələrin hər biri Rusiyadan kənar keçməlidir. Deməli Rusiya istənilən layihənin reallaşmasında
və həmin layihələrin sülhün və iqtisadi inkişafın güclənməsində səmimi və maraqlı deyil. Əks halda neftdən qazandığı pulları lazımsız hərbi silah-sursata yox Moskvadan ta Uzaq Şərqə qədər əhalisinin yoxsul yaşayışının bərpasına sərf edərdi. Bu addımıyla Rusiya üçtərəfli bəyannamənin bir daha Ermənistanın maraqları naminə imzaladığını sübut etdi. Həmin bəyannəmə Ermənistanda daxili sabitliyə hesablanmış addım idi. Və Erməminstana Rusiya demək istədi ki, artıq Azərbaycan hərbə əl atmayacağını yazılı sürətdə təsdiq
etdi. Onun arxasınca Ermənistana silah göndərmək və həmin siyahını mətbuata sızdırmaqla Azərbaycanın narahatçılığını öyrənmək istədi və buna da gözlədiyindən tez nail oldu. Dövlət səviyyəsində nato verilməyinə baxmayaraq, Rusiya bundan məmnun olmuş kimi, kollektiv təhlükəsizlik sazişini əsas gətirərək, yenə də ikibaşlı cavab verməklə özünü saymazyana göstərdi. İki gün sonra oxşar siyahını Gürcüstan mətbuatına ötürməklə eyni narahatçılığı yaratmaq istədi. Hər iki dövlətə mesaj verdi ki, Rusiya bu gündə Ermənistanın
arxasındadır və bu siyahının görünməyən tərəfləri də var. Görünür Rusiya, sələfi SSRİ kimi, gəlirini ordusuna sərf etməklə öz işğalçı siyasətini davam etdirəcək. Putin başa düşmək istəmir ki, artıq dünya o dünya deyil. Dünya fırlanmağında davam edir. Bütün çirkin və təcavüzkarlığın altından Putin-Medvedev cütlüyü çıxır. Bununla da Rusiya Azərbaycan və Orta Asiya qazına müştəri durmaq, Avropanın və dünyanın ikinci ən böyük layihəsinin qarşısını almağa çalışır. Eyni siyasəti Neft layihələrinə də tətbiq etdi, amma
alınmadı. Bu da çox güman ki, alınmayacaq. Sadəcə olaraq Qafqazda öz hegemonluğunu saxlamaq, Qafqaz ölkələrinə təzyiq olaraq müqəvva Ermənistandan toxmaq kimi yararlanmağa çalışır. Artıq Ermənistan istər Rusiyanın, istərsə də xaricdə rahat oturan lobillərin siyasətinin nəticəsində bütün iri və Ermənistanın heç vaxt xəyal belə edə bilməyəcəyi gəlirlərdən məhrum edildi. Yoxsa dünyanın arxiv, toz basmış dövlətlərinin siyahısına düşməzdi. Əgər alternativ qaz kəməri çəkilsə, təbii ki, Gürcüstan yenə də bundan faydalanacaq.
O zaman Gürcüstan öz ərazisindən Rusiyanın qaz kəmərinin tranzit kimi istifadə etməsinə etiraz edə bilər. Bu da Ermənistanın qazının kəsilməsinə yaxud da Gürcüstan haqlı olaraq tranzit haqqının dünya qiymətləri səviyyəsinə qaldırılması səbəb olar. Hər iki halda, Ermənistana və Rusiyaya güclü zərbə olacaq. Baxmayaraq ki, İran Ermənistana iqtisadi dəstək baxımından qaz çəkilməsində maraqlı idi. O zaman müttəfiqi Rusiya bu kəmərin daha uzaqlara gedə biləcəyindən ehtiyat edib, buna qarşı çıxdı.
ardı var.
* * *
Qonşu siyasəti: III məqalə
Bu kəmərin çəkilməsi İranın ən vacib maraqlarından biri, Azərbaycana hər tərəfli zərbə vurmaq idi. Birinci zərbə ondan ibarət idi ki, bunula Ermənistanın Qarabağda möhkəmlənməsinə şərait yaratmaqla Azərbaycanın bu problemini dərinləşdirmək və həll olunmaz vəziyyətı gətirməkdi. İkinci variant isə Naxçıvanla Bakının məsafəsini daha da uzatmaq və özündən tam asılı vəziyyətə salmaqdı. Belə ki, əgər Naxçıvanla Bakı arasında nəqliyyat dəhlizi hər hansı razılaşma əsasında (təbii ki, bugünkü reallıqdan uzaqdır?!) bərpa ediləcəyi halda İran özünün Ermənistanla iqtisadi yoluna təhlükə baxımından buna etiraz edə biləcəkdi. Qarabağdakı mövqelərinin üst-üstə düşməsinə baxmayaraq Rusiyanın bu layihəyə qarşı çıxmağını İran sükutla qarşıladı. Baxmayaraq ki, o vaxt Qarabağda Ermənistana dəstək üçün Rusiyanın yerinə yetirdiyi funksiyanı İran öz öhdəsinə götürmüşdü və məharətlə yerinə yetirirdi. İran isə hər vəchlə bu gündə çalışır ki, Qarabağ problemi həll olunmasın. Çünki Şimali Azərbaycanın inkişafı cənubda rezonans doğurur. 1989-cu ildən bu taya ölçüyə gəlməz dərəcədə iran vətəndaşı ancaq yaşamaq üçün gəlib. Əksinə isə, heç bir ailə də tapmaq mümkün deyil. Təbbi ki, bu da İran hakimiyyətini narahat etməyə bilməz. Təsadüfi deyil ki, Hatəminin Ermənistana rəsmi səfəri zamanı erməni jurnalistinin. – “... Siz Şimali Azərbaycanla Cənubi Azərbaycanın birləşdirilməsi ideyasına necə baxırsınız?”- sualına, özünə məxsus fars təəbirincə, emosional şəkildə, - “... bizim elə problemimiz yoxdur. Olsa da Şimali Azərbaycan bizimlə birləşməyə can ata bilər” - kimi çıxılmaz hal mənzərəsi yaratmışdır. Zaman-zaman İranın Rusiya kimi Azərbaycanın düşməni ilə belə sıx münasibət qurması təəccüblü deyil. O zaman Rusiyanın başı Şimali Qafqaz - Çeçenistan müharibəsinə və məğlubiyyətlərinə elə qarışmışdı ki, hətta bu müharibə ərzində neçə müdafiə naziri dəyişdiyini unutmuşdu. SSRİ-nin qənimi Qorbaçovun təbirincə desək, - “Rusiya bu müharibədə psixoloji cəhətdən uduzmuşdur”.
Qonşuluq siyasətində Azərbaycanın bəxti demək olar ki, gətirməyib. Ancaq yaxın qonşu və eyni dili, eyni milləti daşıdığımız Türkiyə ilə tərəfdaşlıq və hər iki dövlətin bir-birinə dəstəyi baxımından əlaqələr güclənməlidir. Bu bütün sahələri, həmçinin hərbi tərəfdaşlıq səviyyəsində olmalıdır. Burnumuzun ucunda, rəsmi Rusiya-Ermənistan dəstəyini, qeyri-rəsmi isə İran-Ermənistan dəstəyini gördüyümüz halda biz niyə hər tərəfli uyğun, münasib və heç vaxt etirazla qarşılanmayacaq Azərbaycan-Türkiyə müttəfiqliyini möhkəmlətməyək?
Bu barədə ətraflı, ayrıca yazı hazırlamaq olar. Bizim digər müttəfiqlərimiz Ukrayna, Gürcüstan və Moldova ilə də əlaqələrimiz indikindən daha sıx və güclü olmalıdır. Çünki bizə düşmən siyasəti aparanlar eyni yerdən vurmağa çalışır. Bizim inkişafımız, avropaya və dünyaya inteqrasiyamız bir-birinə bağlıdır. Bu yolda ancaq dəstək verilməli və iradə göstərilməlidir. Hər sahədə yardım edilməlidir. Xüsusən də siyasi.
Bu ölkələrin problemlərinin kökü siyasi problemlərə dayanır. Artıq aksiomadır ki, Rusiya Avropaya və Ukraynaya siyasi təzyiq kimi qazdan istifadə edir, amma Gürcüstana hərbi müdaxilə edir, amma qazı kəsmir. Gürcüstandan keçən qazdan gürcü xalqı yox əlində oyuncaq və Qafqazda yeganə müttəfiqi olan Ermənistan yararlanır. Gürcüstanın taleyi qazdan asılı olsaydı o zaman təbii ki, Rusiya qaz rıçaqından istifadə edəcəkdi. Bundan məharətlə istifadə edən Gürcüstan Prezidenti, onsuz da tamamilə nəzarətindən çıxmış, Abxaziya
və Osetiya Muxtar Respublikalarının Gürcüstan torpağı olması haqqında dünya ölkələrinin, təşkilatlarının və BMT-nin dilindən yazılı, rəsmi iltizam almış oldu və dünyaya Gürcüstanın belə bir ciddi problemlə üz-üzə olduğunu çatdırdı. Bununla da bütün dünyada Rusiyanın başqa dövlətin ərazisini işğal etmək faktını təsdiqlətdi.
Rəvan Rəşidoğlu
Siyasi ekspert
revan.baghirov@mail.ru
Əvvəlki məqalə: ABŞ: yeni yaxud köhnə müstəvidə
Sonrakı məqalə: Məlahət Ağacanqızı: QIRX TUMAN GEYİNƏN QANUNLARIN GÖRÜNƏN AYIBI
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3844
