ABŞ: yeni yaxud köhnə müstəvidə
Artıq 2009-cu il müstəvisində dünya siyasəti əvvəlki ilin isti müharibələrini soyuq müharibələrə çevirməyə başladı. ABŞ öz yeni rəngli prezidentini seçməklə müəyyən mənada Corc Buşun itirdiyi nüfuzu bir gundə bir qismini bərpa edə bildi. Hətta o dərəcədə bərpa etdi ki, İran kimi qatı düşməni olan ölkənin Prezidenti ABŞ –ın yeni seçilmiş prezidentinə təbrik göndərməli oldu. Bunun alternativini iyunun 12 də İranda keçiriləcək prezident seçkilərindən sonra görmək mümkün olacağını demək çətindir. Hələ görünən odur ki, Amerika siyasəti bir növ, yaxın keçmişdə olduğu kimi təkrarlanır. Ata Corc Buş hakimiyyəti hansı şəraitdə rəqibi Demokrat Bill Klintona təhvil vermişdisə, oğul Corc Buşda eyni şəraitdə, durumda olan hakimiyyəti rəqibi Obama-Hillari Klinton cütlüyünə təhvil verdi. Əgər 90-cı illərin əvvəllərində ABŞ İraqda müharibə ilə yadda qalmışdısa, indi isə həm Əfqanıstanın, İraqın və onun dəstəyi ilə İsrailin Fələstini dağıtmağı ilə yadda qaldı. İran və Suriya isə bu siyahıda namizəd olaraq növbəti turlara saxlanıldı. Obama dövründə elə isti müharibələri görmək olmayacaq. Çünki O, sələfi Bill Klinton kimi bu müharibələri donduracaq və maliyyə böhranından istifadə etməklə ABŞ-ın nüfuzunun bərpasına çalışacaq. Elə ilk gündə Fələstin Muxtariyyatının lideri Mahmud Abbasa zəng vurmaqla sülhə nail olmaqda ona dəstək duracağını qeyd etməsi buna misal ola bilər. İsrailin tələm tələsik Obamanın and içmə mərasiminə qədər Fələstini yerlə yeksan eləmək dəstəyi də ABŞ tərəfindən təsadüfi verilməmişdir. İsrail bu addımıyla yaxın 20 il ərzində Fələstinin heç vaxt ayağa dura bilməyəcək qədər zərbə vurmaqla özünü “təhlükə”dən sığortaladı. Düzdür burada əsas faktorlardan biri özünü Fələstinin əsas müdafiəçisi, təəssübkeşi kimi fələstinlilərin başının altına yastıq qoyan İran hakimiyyətinin müdaxiləsini də gözləmək vardı. Sonda İran hakimiyyəti bu addımından nəinki vaz keçdi, hətta yenidən Amerikanın indiki Prezidentinin siyasətinə alternativ prezident seçmək fikrinə də düşdü. Çünki bundan sonra ABŞ ancaq özünü dünyada sülhpərvər və sülhtəssübkeşi kimi göstərməyə çalışacaqdır və layihələri də bu istiqamətə yönəldəcəkdir. Qarşıda öz nüfuzunu gücləndirmək baxımından Rusiyadan xaric yeni, iri enerji layihələrinin həyata keçirilməsi durur. Maliyyə böhranı adı altında ABŞ bir çox dövlətlərə iri yardımlar göstərəcək və onların inkişafına təkan verəcək. Ukrayna, Gürcüstan, Azərbaycanın və Orta Asiya dövlətlərinin öz resurslarından istifadə etməklə onların Avropaya inteqrasiyasında yardımçı olacaq. Çox güman ki, dünya bazarında neftin qiymətinin ən azından bu il ərzində 60 ABŞ dollarına qədər qalxması gözlənilən deyil. Çünki burada əsas faktorlardan biri işğalçı dövlətlərin, Rusiya kimi və bu kimi işğalçı dövlətə dəstək verən bir sıra neft dövlətlərinin neftin bahalaşmasından əldə etdiyi gəlirlərdən istifadə edib, özündən zəif ölkələrə hərbi müdaxilələrə üsünlük verməsidir. Avropaya, NATO-ya inteqrasiya istiqaməti götürən Gürcüstan kimi inkişaf etmək istəyən ölkəyə hərbi müdaxilənin edilməsi, büdcədə neftin qiymətini 70 ABŞ dollarına hesablayan Rusiya üçün böyük zərbə olacaqdır və necə ki həmin zərbə indi dəyir. Bu minvalla digər respublikalara da Ukraynaya qazla bağlı, Azərbaycana isə Ermənistana külli miqdarda hərbi yardım etməklə öz düşmənçilik siyasətini davam etdirir. Bu baxımdan ABŞ artıq Rusiyanı maliyyə zəncirləri arasında sıxmaq məcburiyyətində qalacaq. Bu siyasətin ömrü çox uzun çəkəcək. Artıq ABŞ Gürcüstanla təhlükəsizlik və hərbi müqavilə bağlayıb. Polşa ilə təhlükəsizliklə bağlı müqavilələrin icrasına başlanılıb, növbəti stansiya Ukrayna olacaq.
ardı var
Rəvan Rəşidoğlu
Siyasi ekspert
revan.baghirov@mail.ru
Əvvəlki məqalə: Rəvan Rəşidoğlu: Təhsilimiz nəfsimizin məngənəsində...
Sonrakı məqalə: Rusiyanın mənfur maraqları
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3843