Nardaran kəndindən olan bir qrup şəxs həbs olunub
NARDARANDA HƏBS OLUNANLARIN ÜÇÜ BURAXILDI
Yalniz Hacı Əli Hüseynov hələ də polisdə saxlanir
Bir saat öncə xəbər vermişdik ki, Nardaran kəndindən olan bir qrup şəxs həbs olunub. Səhər saatlarında Nərimanov rayonunun ərazisində keçirilən əməliyyatda Məşədi Natiq, Hacı Əli Hüseynov, Hacı Fəyyaz Nəbizadə və onun oğlu Ürfan Nəbizadə saxlanmışdı. Aldığımız son məlumata görə, bir qədər əvvəl həbs olunanlar, Hacı Əli Hüseynov istisna olunmaqla azadlığa buraxılıb. Onun həbsini motivləri hələlik bəlli deyil. Bu barədə səhih məlumat alan kimi oxuculara çatdıracağıq. Onu da xatırladq ki, Bakıda keçirilən islami
konfransda iştirak edən zaman içəri 10-15 nəfər mülki geyimli şəxs daxil olub və adları yuxarıda çəkilən şəxsləri həbs edərək naməlum istiqamətə aparıblar. Zaldakılar tutulanların aparılmasına mane olmağa çalışsalar da, buna nail ola bilməyiblər.
Bir saat öncə xəbər vermişdik ki, Nardaran kəndindən olan bir qrup şəxs həbs olunub. Səhər saatlarında Nərimanov rayonunun ərazisində keçirilən əməliyyatda Məşədi Natiq, Hacı Əli Hüseynov, Hacı Fəyyaz Nəbizadə və onun oğlu Ürfan Nəbizadə saxlanmışdı. Aldığımız son məlumata görə, bir qədər əvvəl həbs olunanlar, Hacı Əli Hüseynov istisna olunmaqla azadlığa buraxılıb. Onun həbsini motivləri hələlik bəlli deyil.
Onu da xatırladq ki, Bakıda keçirilən islami konfransda iştirak edən zaman içəri 10-15 nəfər mülki geyimli şəxs daxil olub və adları yuxarıda çəkilən şəxsləri həbs edərək naməlum istiqamətə aparıblar. Zaldakılar tutulanların aparılmasına mane olmağa çalışsalar da, buna nail ola bilməyiblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov bildirib ki, hazırda nardaranlıların həbsi barədə ətraflı məlumat veriləcək.
Əvvəlki məqalə: Mirzə Xəzər: Əsir əsgər, Vətən və vətən xaini - Stalin hələ unudulmayıb
Sonrakı məqalə: Mirze muellim salam
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3833