Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Gəncədəki N saylı hərbi hissədə xidmət edən Elbrus Rəhimov özünü asıb

Mirzə Xəzər 24 Yan 2009

no comments

AZƏRBAYCAN ORDUSUNDA MÜƏMMALI İNTİHAR

Intihar-5

İntihar etdiyi günün səhəri qardaşı ilə danışan Elbrus incidildiyini deyib

QayNar: Xidməti borcunu bitirməyə 4 ay qalan Azərbaycan əsgəri intihar edib. Hadisə ötən gün səhər baş verib. Qaynar.info-nun verdiyi xəbərə görə, əsgər Elbrus Mübariz oğlu Rəhimov özünü asıb. Bu barədə meyidi ailəsinə gətirən hərbi hissənin polkovniki məlumat verib. Əsgərin ailəsi isə xəbəri bu gün səhər eşidib.
2008-ci ildə Sumqayıt Dövlət Universitetinin Tarix Fakultəsini qırmızı diplomla bitirən Elbrus iyul ayında Bakının Nerimanov rayonu Hərbi Komissarligindan xidmətə çağrılıb. Gəncədəki N saylı hərbi hissədə xidmət edən Elburus Rəhimov hərbi hissənin dəftərxanasında yazı işlərinə baxırmış.
Əsgərin ailəsi onun intihar etdiyinə inanmır. İntihar etdiyi günün səhəri qardaşı ilə telefonla danışan Elbrus son 2-3 gündə vəziyyətinin pis olduğunu və incidildiyini deyib.

// T.İsmayılov, QayNar


http://news.qaynar.info/22688.html

Əvvəlki məqalə: Tehran hökuməti Xəzər dənizinin dibindən neft kəmərinin çəkilməsinə qarşıdır

Sonrakı məqalə: Qürbətdə Azərbaycanın başını uca edən Ata və ogulun hekayəsi

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3836

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin