Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Mirzə Xəzər: Əsir əsgər, Vətən və vətən xaini - Stalin hələ unudulmayıb

Mirzə Xəzər 23 Yan 2009

no comments

zindan

Amerika əsir düşən bir əsgərindən ötrü əcnəbi dövlətə müharibə elan edir. Əsirlikdən azad olan amerikalı əsgərləri Vətəndə təntənəli mərasimlə qarşılayırlar. İsrail əsir düşən bir əsgərinin azadlığı üçün 500 nəfər ərəb məhbusunu azadlığa buraxır. Əsirlikdən qayıdan israilli əsgəri Vətəndə təntənə ilə qarşılayırlar. 2-ci dünya müharibəsi illərində sovet diktatoru İosif Stalin almanlara əsir düşən yüz minlərlə sovet əsgərini ucdantutma “vətənə xəyanət”də ittiham etdi. Müharibədən qayıdan əsir sovet əsgərlərini Vətən torpağına ayaq basan kimi həbs edib 15-25 illik hökmlərlə islah-əmək düşərgələrinə göndərdilər. 2008-ci il aprelin 11-də ermənilərə əsir düşən Azərbaycan əsgəri Vüsal Heybətov eyni il mayın 3-də əsirlikdən azadlığa buraxıldı. Vüsal Eybətov ayağını Vətən torpağına basan kimi həbsə alındı. Vusal Heybətov əsir düşdüyü uçun “vətənə xəyanət” maddəsilə ittiham olundu. 2009-cu il yanvarın 23-də Azərbaycan hərbi məhkəməsi Vüsal Heybətova 11 il azadlıqdan məhrum cəzası kəsdi.


Amerika əsir düşən bir əsgəri üçün müharibə elan edir. İsrail bir əsir əsgəri üçün yüzlərlə ərəb məhbusunu azad edir. Almanlar, italyanlar, kanadalılar və digərləri əsirlikdən azad olan əsgərlərini təntənə ilə Vətən torpağında qarşılayırlar. Nədənsə müsbət nümunələrdən ibrət dərsi götürmək çox çətin imiş. Biz 70 illik sovet keçmişimizin “möhtəşəm” nümunələrindən vaxtı ilə aldığımız dərsləri unutmaq niyyətində olmadığımızı inadla nümayiş etdiririk.

Stalin və stalinizm bəlası hələ də “düyğularda və əməllərdə” yaşamaqda davam edir.

Əvvəlki məqalə: Göyçay ziyalıları

Sonrakı məqalə: Nardaran kəndindən olan bir qrup şəxs həbs olunub

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3831

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin