Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Heç kəs unudulmur və heç nə yaddan çıxmır

Mirzə Xəzər 19 Yan 2009

no comments


http://oyunkod.azersayt.com/blog.html?page=comments&member=Birliyimiz&newsid=21744

Qara yanvar faciəsi yaxınlaşdıqca Mirzə Xəzərin uzaq Ölkədən yayımlanan Azadlıq radiostansiyasindan gələn səsini bu gunlərdə həyacansız xatırlamaq olmur. Bu bir tarix idi. Ölkəmizin faciəli günlərini yaşayan bir Tarix ! Heç zaman yaddan çıxmaz bir tarix ! Bu gün bizlər müstəqilliyimizi kimlərin üçünsə qazanmagımızı bilmirik. Amma onu bilirik ki, zəhmət və əziyyətkeş xalqımız hec də xöşbəxt saymır özünü. Çünki Xalqımızı xöşbəxt etmək istəməyən məmurlarımız korrupsiya və rüşvət yolu ilə xalqın pullarını ogurlamaq uğrunda birincilik əldə etməyə səfərbər olublar. Amma nə yaxşı ki, qəlbi Azərbaycan Dünyası ilə döyünən xalqımız var və onların evladları zamanı gəldiyində harınlaşmış məmurlar, rejim sahibləri xalqa cavab verməkdən heç də yaxa qurtara bilməyəcəklər. Yazının davamında əbədi yaşar ulularımızdan olan Xəlil Rza Ulutürkün şerini yada salmaq yerinə düşür. Xəlil Rza Ulutürkün "Mirzə Xəzər" poeması ve 20 Yanvar faciəsini bir daha xatırlayaq.


Mirzə Xəzər! And olsun sökülən dan yerinə;
Dan yeri tək pakizə, saf şerimi yazıram.
Bu paklığın uğrunda ölməyə də hazıram,
Qalmağa da hazıram.

Görməmişəm üzünü... Təbrizim, Rzam qədər,
Qardaşım Rüstəm qədər doğmamsan, yaxınımsan,
Ürəyimin başında
Məhəbbət axınımsan.

Sən qaldırdın səsini ən gərgin, çətin anda,
Şərin qanlı əlləri
Xalqımın boğazından
Bərk yapışıb sıxanda!
Var gücünü toplayıb
Az qala Qoşqarımı, Kəpəzimi yıxanda!

Sən ucaltdın səsini necə də müdhiş anda,
Avtomatlı horilla, neandertal sürüsü
Mənim telegüzgümü,
Yüz yürdən partladanda.
Bakı qar çovğununda... qar üstə göllənən qan,
Gecələr patrul gəzir, əlində dolu naqan.
Plaşının altındfa batareya işığı,
Görür, yerdən qaldırmır yaralı bir uşağı.

Sən ucaltdın səsini ah, necə müdhiş anda,
Yarımsatqın qəzetlər əqrəb kimi susanda,
Litva bəxtiyar imiş... qanı sel-sel axsa da,
Avropanı silkədi bağrından çıxan səda.

Fəryad qılan Xalqımın cınqırı da çıxmadı,
Yerbəyerdən uzanan
Hansı qanlı caynaqlar
Hulqumunu sixmadı?


Omba durdu “Pravda” mağaranın dibində,
Azərbaycana qarşı tapancası cibində!
Dilinin altında öd,
Milli sülhə çağıran dadsız, duzsuz bir öyüd!


“Moskovski novosti”, “İzvestiya” xəyanət,
Yerli “Kommunist” qəzeti yarı mərd, yarı namərd,
“Litqayeta” kəmfürsət... İqor Belyayev ilan –
Hər dəfə hayqıranda zəhər saçdı ağzından.
Xəlil Rza zindanda... Seyid Tahir Abbas da
Qandallanıblar... susur, dağ vulkanı olsa da.
Etibarın qolları paslı zəncir daşıyır,
Ramiz Duyğun köksündə zəlzələlər yaşayır.

Məhəmməd Tantəkinii gəmirir yüz canavar,
Görürlər ölməyib, yox... hələ yarı canı var.
Qafarlı Elmiranın qərarını saymadan,
Boğazlamış Bakını “Kalaşnikov”lu nadan.


Məktəbli Larisanın çantası qan içində,
Hökm eyləyir Moskva – Yaşa bu lal biçimdə!
Mirzə Xəzər! Səs saldın sən bu sükut anında,
Ağ bir ildırım oldun bəlkə qətrandan qara
Cahan asimanında,
Bir şəfa məlhəmiydi qaldırdığın səs-səda.


-- Bu dünyada otun, suyun, torpağın da yaddaşı var,
Sındırılmış bir budağın, söndürülmüş ocağın da
yaddaşı var.
Sən o günlər cahanda bəlkə yeganə səsim,
Ey mənim təbərrikim, tutiyəm, müqəddəsim!
Hayqır, qorxur səsindən qul ürəkli ağalar,
Səsin eşidilməsə, haqq-ədalət boğular.


Səndən necə çəkinir bu çaqqallar sürüsü,
Ayaq tozuna dəyməz generallar sürüsü.
Qan dənizi yaratmış admirallar sürüsü,
Muzdlu nökərləri qoy gəlsin, çəkməni öpsün.
Köpsün qoy acığından mağara sakinləri,
İçlərində qıvrılsın qəzəbləri, kinləri.


Sənə böhtan atdılar, özləri oldu ləkə,
Partlasın qəzəbindən böhtan, ləkə xadimi.
Neçə sülənən gəda –
Müstəmləkə xadimi!
Sənə böhtan atdılar “Kommunist”qəzetindən,
Maskalanmış, sarınmış bir iblis qəzetindən.
Tindən güllə atdılar... Xeyr, tutmadı səni,
Qaytarıb böhtançıya tuşlayıram gülləni:


--Əlli manat muzd aldın, ye, boğmalan, gəbər, öl,
Gəbərməsən, o muzdu Şahnəzərlə yarı böl!
Henrix Borovik ilə,
Belyayevlə yarı böl!
Mirzə Xəzər! Səsinlə göydə ulduzlar yanır.
Hər cümləndə işıqlı bir kəhkəşan saxlanır.
Mirzə Xəzər! O alçaq Azərbaycan deyil, yox,
Düşmənlərin hinində kor toyuqdu, las toyuq.
Çaşdım, toyuq söylədim, inan, qoca tülkü də
Ondan yüz qat şərəfli, ağbəxtdir bu ölkədə.
Yad önündə diz çöküb hər gün sülənən gədə
Yalan, böhtan qusduqca rəzilləşir get-gedə.

Mirzə Xəzər! Yamandır xəbərsizlik bəlasə--
Azərbaycana qarşı Moskvanın yapdığı sükut
blokadası!
Ölüm blokadası!
Susma! Qızıl – qırmızı qanlı imperiyanın
Yerə gəlir arxası,
Gəbərəcək darğası.


Səsin qulağımda yox, gözlərimin üstədir,
Şəhidlər türbəsində solmayan güldəstədir,
Səsin, inan, əzizdir Bəstə nigarım qədər,
“Çahargah”ım, “Segah”ım, “Şur”um, “Qatar”ım
qədər.

Susma! Hayqır cahana Ulutürkün səsini,
Yerin-göyün səsini, haqqın səs töhfəsini.
Əsirgəmə bəşərdən od saçan nəfəsini,
Səsin – bahar nəsimi, Cavid, Babək, Nəsimi!


Canavar zağasını dağıdır sənin səsin,
Təbərrikim, tutiyəm, gülnəfəs müqəddəsim,
Nu səadət, bu sərvət
Qəbrədək mənim bəsim...


Azərbaycan yaralı... yüz yerdən kəsim-kəsim...
Səsinə quzu kəsim.
Susma, ucalt hökmünü,
Ey mənim dadirəsim.


Ulutürkün vardırsa Xəzər kimi arxası,
Darmadağın olacaq bizə qarşı Kremlin
Sükut blokadası,
Ölüm blokadası!

Əvvəlki məqalə: Məlahət Ağacanqızı: BİZ ŞƏHİDLƏRİN QİSASINI ALA BİLMƏDİK!

Sonrakı məqalə: Heç kim unudulmur, heç nə yaddan çıxmır

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3820

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin