Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Güney Azərbaycanlı jurnalist Şahnaz Qulami zəmanət müqabilində azadlığa buraxıldı

Mirzə Xəzər 18 Yan 2009

no comments

sehnaz_qulami

Yazar: Bakı Təbriz @

ImageGüney Azərbaycandan "Bakı Təbriz" Xəbər Qrupu www.D-A-K.org-a istinadən xəbər verir ki, jurnalist, hüquq müdafiəçisi və milli fəal Şahnaz Qulami, Təbriz vaxtı ilə 16:00-da, 20000 ABŞ dolları zəmanəti müqabilində həbsdən buraxılıb. Bunu da bildirmeliyik ki, Şahnaz Qulaminin yenidən həbsə alınıb zindana salınması və ya azadlığa buraxılacağı bu yaxınlarda keçriləcək məhkəmədə həll olanacaq. Xatırladaq ki, bir müddət öncə Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsində güneyli jurnalist və hüquq müdafiəçisi Şahnaz Qulami barəsində 6 ay həbs qərarı çıxarmışdı. “Ettelaat” əməkdaşları milli fəalı keçən il noyabrın 9-u, gecə, Qara ağac məhəlləsindəki mənzilinə girərək özləri ilə aparmışlar. O, Güney Azərbaycanda baş verən hadisələrdən yazdığına görə təqsirli bilinmişdi.


Cinayət Məcəlləsinin “İran adlanan yerə qarşı təbliğat” maddəsi ilə ittiham olunaraq həbs olunan Şahnaz Qulaminin Təbriz həbsxanasında təhlükəli cinayətkar və əxlaqsız qadınlarla birlikdə saxlanıldığı, onun ən zəruri imkanlarla, o cümlədən yorğan-döşəklə təmin edilmədiyi də bildirilirdi. Azərbaycanlı jurnalist rütubətli və soyuq beton üzərində gecələməyə məcbur edildiyindən bel ağrılarından hələ də əziyyət çəkir. Şahnaz Qulaminin həbsindən sonra isə onun xəstə və yardıma ehtiyacı olan anası, eləcə də atasını itirmiş 9 yaşlı qızının tam baxımsız vəziyyətdə qaldığı bildirilirdi. O, daha öncə də 2006-cı ilin May hadisələri zamanı həbs olunmuş, bir neçə həftə saxlanıldıqdan sonra zaminə buraxılmışdı. Şahnaz Qulaminin həbsinə səbəb kimi onun son zamanlar Güney Azərbaycan Milli Hərəkatının fəalı Qulamrza Əmaninin avtomobil qəzasında ölümü ilə bağlı irəli sürdüyü ehtimalların da durduğu bildirilirdi. Vəkil Nağı Mahmudi belə demişdir: “Şahnaz Qulami deyirdi ki, Əmanini və digərlərini polis öldürüb, sənədlərdə də bu göstərilirdi. Polis də şikayət edirdi ki, Şahnaz Qulami saxta xəbərlər yayıb. ’’Saxta olub-olmasa da, məncə, bir jurnalisti buna görə sorğu-suala çəkmək və həbs etmək doğru deyil. Jurnalistlər dünyanın hər yerində öz fikirlərini azad yayırlar”. Təbriz həbsxanasında cinayətkarlarla birlikdə saxlanılmasına, ümumiyyətlə, qanunsuz həbsinə qarşı etiraz əlaməti olaraq aclıq aksiyası keçirən güneyli jurnalist huşunu itirərək Təbriz həbsxanasının xəstəxanasına köçrüldükdən sonra həkimlərin yardımı ilə ayılsa da, onun sağlıq durumu ağır olaraq qalırdı. Qeyd edək ki, Xalq Mücahidlər Hərəkatında siyasi fəaliyyətinə görə Şahnaz Qulami 1989-cu ildən 1994-cü ilədək həbsdə olub. 2007-cı ilin mayında isə “İran” qəzetində azərbaycanlıları təhqir edən karikatura ilə bağlı etirazların ildönümündə iştirakına görə də bir ay həbsdə saxlanılmışdır. Jurnalist ona qarşı irəli sürülən ittihamları təkzib etməsinə baxmayaraq məhkəmə jurnalistin yazdığı bir sıra məqalələrin "milli təhlükəsizliyə" zərbə vurduğunu hesab etmişdir. Problemlərə səbəb olan yazılar arasında o cümlədən, son zamanlar qadınlara qarşı ayrıseçkiliklərlə bağlı məqalələrin olduğu da vurğulanır. Qeyd edək ki, Şahnaz Qulami “azarwomen” vebloqunun yaradıcısı və İran adlanan yerdə Qadın Jurnalistlər Assosiasiyasının (“Roza”) üzvüdür.

http://www.bakitebriz.azeriblog.com/2009/01/18/guney-azerbaycanli-jurnalist-shahnaz-qulami-zemanet-muqabilinde-azadligha-buraxildi

Əvvəlki məqalə: Məlahət Ağacanqızı: “KİMİ ALLADIRSAN, A ZALIM OĞLU?”

Sonrakı məqalə: ANTİREFERENDUM AKSİYASININ İŞTİRAKÇILARI TƏQİB EDİLİR

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3813

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin