SABİR RÜSTƏMXANLININ PARTİYASI QARABAĞ və RESPUBLİKA UĞRUNDA HƏRƏKATA QOŞULMAQ QƏRARI VERDİ
Deputat Sabir Rüstəmxanlının sədrlik etdiyi Vətəndaş Həmrəyliyi Partiyası referendum əleyhinə hərəkata qoşulur. Qərar Siyasi Şuranın iclasında verilib.
Siyasi Şura üzvü Samir Əsədlinin «Media forum»a verdiyi məlumata görə, partiya referendumla bağlı ayrıca təşəbbüs qrupu yaratmağa ehtiyac görmür, müxalifətin vahid cəbhəsində dayanması zərurətini nəzərə alaraq Qarabağ və Respublika Uğrunda Hərəkata qoşulur, onun fəaliyyətini dəstəkləyir: «Əməkdaşlıq etdiyimiz dövrdə partiya öz resursları ilə hərəkatın fəaliyyət effektinin yüksəlməsi üçün lazımi addımlar atacaq və zəruri işlər görəcək».
Qarabağ və Respublika Uğrunda Hərəkat yanvarın 9-da «Azadlıq» blokuna daxil olan partiyaların, Müsavat, Demokrat, Ümid partiyaları, qeyri-hökumət təşkilatları, hüquqşünaslar və müstəqil jurnalistlərin iştirakı ilə təsis edilib. Hərəkat eyni adlı vahid təşviqat qrupu da yaradıb.
«Media forum»
Əvvəlki məqalə: ETTELAAT BƏHAİLƏRƏ QARŞI YENİ ƏMƏLİYYATLAR KEÇİRİB
Sonrakı məqalə: Qobustan həbsxanasında saxlanılan ömürlük məhbus Elçin Əmiraslanov aclıq aksiyasını davam etdirir
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3804