Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Rəfael Allahverdiyev vəfat edib

Mirzə Xəzər 10 Yan 2009

no comments

rafail

 

 

 

 

17:34 11-01-2009



Bakı şəhər İcra Hakimiyyətinin sabiq başçısı, keçmiş millət vəkili və YAP İdarə Heyətinin üzvü Rəfael Allahverdiyev dünyasını dəyişib.

Bu barədə ANS məlumat yayıb.

Rəfael Allahverdiyev 1945-ci ili mayın 9-da Bakıda neftçi ailəsində anadan olub. 1961-ci ildə orta məktəbi bitirib,1974-cü ildə isə İctimai Elmlər Akademiyasının məzunu olub. 1994-cü ildə artıq Bakının meri vəzifəsini icra etdiyi vaxtlarda Qərb Universitetində «menecerlik» ixtisasına yiyələnib.

 


Gənclik illərində «Qaradağneft» zavodunun neft və qaz istehsal edən idarəsində operator kimi çalışıb. Həmçinin Serebrovski adına zavodda da əmək faəliyyətini davam etdirib.

 

 

1971-83-cü illərdə Azərbaycan Kommunist Partyiası Mərkəzi Komitəsinin ümumi şöbəsində instruktor, partiya təşkilatları şöbəsində inspektor və Mərkəzi Komitənin ümumi şöbəsinin müdir müavini olub.

 

 

1983-88-ci illərdə Bakının Nərimanov rayonunun birinci katibi olub.

1989-93-cü illərdə respublika «Sağlamlıq» cəmiyyəti sədrinin müavini işləyib. Həmin dövrdə Azərbaycan Beynəlxalq Bankının işlər müdiri vəzifəsində də çalışıb.

 

 

1993-cü ilin iyulundan 2000-ci ilə qədər Bakının meri olub.

 

 

Yeni Azərbaycan Partiyasının sədr müavini olub.

1995-ci ildə Bakının Nərimanov rayonundan Milli Məclisə deputat seçilib. 2000-ci ilin oktyabrında isə Bakının meri vəzifəsindən istefa verərək, həmin ilin noyabrında təkrar millət vəkili seçilib.

 

 

Rəfael Allahverdiyev ömrünün son illərini İsveçrədə yaşayıb.

LENT.AZ

 

 

 

 

"Mirzə Xəzərin Səsi" qəzeti mərhuma Allahdan rəhmət, əzizlərinə səbr diləyir.

 

 

Əvvəlki məqalə: Nardaran kəndlilərinə Təbrizli bir milli fəalın açıq məktubu

Sonrakı məqalə: Şərahil: "Düşüb hansı kökə, günə bu millət..."

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3796

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin