Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Məlahət Ağacanqızı: MƏN BİR SARİ GƏLİNƏM! /şeirlər /

Mirzə Xəzər 09 Yan 2009

no comments

melahet2


/”Xudafərin”də ürək ağrıdan “Sarı Gəlinin fəryadı”nın müəllifi
İrfan Murat Yıldırıma/

Mən bir Sarı Gəlinəm!
Güvəndiyim dağlara qar yağdı,-
Üşüyürəm,donuram.
Mən bir Sarı Gəlinəm!
Məni qoruyan igidlər
Ağ Gəlini bəyəndi,-
Tək-tənhayam,yalqızam.
Mən bir Sarı Gəlinəm!
Cənnət olan yurdumda
OĞULLAR ŞƏHİD oldu,
MEYDAN namərdlə doldu,-
Ağlayiram,yanıram.
Mən bir Sarı Gəlinəm!
Saçım ucun hörüblər,
Gülümü sulu dəriblər.
Məni məzara gömürlər:
“Neynim aman,aman
Sarı Gəlin…”nəğməsini oxuyub
Dizlərinə döyürlər.

YUXUSUNA GƏL ANAMIN


/ Bacım Gülarәnin əziz xatirәsinә/

Elçilәr kәsdi qapını
Görmәdiyinә verdilәr,
Sevmәdiyinә verdilәr.
Dәliydi, namәrdiydi
bilmirdin,
Ata sözü qanun idi
Vermişdi- getmәli idin.
Sevmәdiyinә verdilәr,-
Dözә bilmәdin soyuq öpüşlәrә,
Dözә bilmәdin soyuq әllәrә.
Soyuq öpüşlәr üşütdü sәni,
Soyuq әllәr dondurdu sәni.
Od vurdun özünә, od vurdun,
Bacım!
Yandın,
kül oldun,
heç oldun,
Bacım!
Bircә gün gülmüşdülәr,
Dәrd-qәmә qәrq oldular,
Hələ də ağlayırlar...
Elçilәr kәsib qapını,-
Sevmәdiyimә verirlәr,
Duymadığıma verirlәr.
Sabahkı günümü göstәrmәk üçün
Bu gecә OD içindә ,
yana-yana
Yuxusuna gəl ANAMIN!

MƏNİM AZADLIĞIM!


/ Unudulmaz AĞAMA/

Sən məni dörd divara zəncirlədin,-
Azadlığın adını bilmək üçün
Dünyanı gəzdin,dolaşdın.
“AZADLIQ GÖZƏLDİR!”
Nəğməsini oxuya-oxuya
qollarımı bağladın,
ayaqlarımı bağladın.
Qarşımda SU icdin,
ÇÖRƏK yedin,
QADIN öpdün,
qucaqladın.
Gozlərimi də bağla -
yarımcan oldum!
Sənin əlinlə,
ağzınla,
ayağınla
etdiklərindən
yarimcan oldum!
Gəl bax fikrimin icinə,-
MƏNİM AZADLIĞMI
gör!
Sənin AZADLIĞIN
Çürüyüb gedən
”BƏDƏN və ƏL” AZADLIĞI.
Mənim AZADLIĞIM
Əbədi qalan
”FİKİR-BEYİN” AZADLIĞI.
Gəl bax fikrimin içinə-
Gordüklərindən həmən ölərsən...


Əvvəlki məqalə: Milli fəal Həsən Əsədinin həbsxanada ağır işgəncələrə məruz qaldığı bildirilir

Sonrakı məqalə: FRANSADA YAŞAYAN AZƏRBAYCANLI ALIM VƏFAT EDİB

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3791

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin