Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

FRANSADA YAŞAYAN AZƏRBAYCANLI ALIM VƏFAT EDİB

Mirzə Xəzər 09 Yan 2009

no comments

Irene-Fransa-1


Fransada yaşayan, əslən azərbaycanlı olan tanınmış alim İrene Melikoff 91 yaşında vəfat edib. İ.Melikoff bir ay idi Strasburq xəstəxanasında müalicə olunurdu. Məlumat «Media forum» saytına Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilib.


İrene Melikoff 1917-ci ildə Sankt-Peterburqda doğulub, Sarbon Universitetinin ədəbiyyat fakültəsini bitirərək şərq dilləri üzrə mütəxəssis olub. Strasburq Universitetində Türkologiya və İran İnstitutuna rəhbərlik edib, «TURCICA» dərgisinin yaradıcılarından biri olub, Türkoloji İnkişaf Dərnəyinin sədri və digər vəzifələrdə çalışıb.


İ.Melikoff «Umur Paşa dastanı», «Melik Danişmend», «Əbu Müslim Xorasani», «Türk sufizminin izində», «Uyur idik uyardılar», «Əfsanədən gerçəyə Hacı Bektaş ve Kırklar Sofrası» adlı kitabların müəllifidir. 10 ali mükafat almış alim Bakı Dövlət Universitetinin də fəxri doktoru idi.

Allah rəhmət eləsin!


«Media forum»

Əvvəlki məqalə: Məlahət Ağacanqızı: MƏN BİR SARİ GƏLİNƏM! /şeirlər /

Sonrakı məqalə: Haqsızlığa etiraz edən 72 yaşlı əlil Ismayıl Hüseynovu polislər əvvəlcə döyüb, sonra isə dəlixanaya salıblar

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3792

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin